Atmilçəyi

0.0
(0)

XIX əsrin birinci yarısı, İtaliya milli azadlıq hərəkatı… Vahid ölkə halında birləşməyə can atan əyalətlər, qaynar qanlı italyanlar, ölkəni əsarətdə saxlamağa can atan yadellilər və sonuncuların əlində oyuncağa çevrilmiş Papa hakimiyyəti… 
Gənc, yaraşıqlı Artur Börton öz biliyi, idealları, dini dünyagörüşü ilə bu təlatümlü mübarizə dənizinə atılır. Arturu ələ verib gözdən salırlar, lakin o, sarsılmaz iradəsinə güvənərək öz ölümünü inandırıcı şəkildə imitasiya edir, dünyanın o biri başına qaçır. İllər sonra o, yenidən İtaliyanın amansız mübarizə meydanında peyda olur – bu dəfə başqa soyadla, saxta kimliklə. Dostları onu Atmilçəyi adlandırırlar, o isə qürurla bu ayamanı inqilabçı təxəllüsünə çevirir. 
Bu, Platonun təsvir etdiyi Atmilçəyidir. o, cəmiyyəti, dostlarını daim hərəkətdə olmağa vadar edən bir mozalandır.
Rus dilindən çevrildiyi üçün yanlış olaraq “Ovod” adı qoyulan “Atmilçəyi” romanı ilk dəfə ixtisarsız, orijinaldan tərcümə ilə oxuculara təqdim olunur.

Ardını oxu
Kitabın adı Atmilçəyi
Orijinal adı The Gadfly
Müəllif Etel Lilian Voyniç
Tərcüməçi Anar Mahmudov
ISBN 9789952547139
Dili Azərbaycan
Səhifə sayı 400
Kitabın formatı 125x200 mm
Çap tarixi 2021
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Etel Lilian Voyniç

Etel Lilian Voyniç 1864-cü il mayın 11-də İngiltərənin Kork qraflığının Ballintempl qəsəbəsində anadan olub. Voyniç altı aylığında olanda riyaziyyatçı olan atası Corc Bul vəfat edib. Anası min bir əziyyət hesabına uşaqları ilə birlikdə Londona köçüb. Voyniç qızıl yel xəstəliyinə yoluxandan sonra anası onu Lakşirə, dayısının yanına göndərib. On səkkiz yaşında ona qalan mirasın hesabına Berlində musiqi məktəbində oxuyub. Burada musiqinin incəlikləri ilə yanaşı, inqilabi düşüncələrlə tanış olub. 
Londona qayıdarkən mühacirətdə olan rus inqilabçısı Sergey Kravçinski ona rus dilini öyrədib. İngiltərədə “Rus azadlığının dostları” cəmiyyətinin qurulmasında yaxından iştirak edib. Yeni əlaqələr çərçivəsində 1890-cı ildə inqilabçı Mixail Voyniçlə tanış olub, 1902-ci ildə cütlük ailə həyatı qurub.
Voyniçə dünya şöhrəti gətirən “Atmilçəyi” romanı 1897-ci ildə çap olunub. Yazıçı 1960-cı il 27 iyulda dünyasını dəyişib.

İlk rəy yazan siz olun

Oxucu candır

Oxşar Kitablar

book
1984

Corc Oruell

–20%
9.52 ₼ 11.90 ₼
book
Ayın qızları

Coxa əl-Harsi

–20%
9.60 ₼ 12.00 ₼
book
Timsah

Fyodor Dostoyevski

–20%
3.92 ₼ 4.90 ₼
WhatsApp Icon
WhatsApp Icon
'