Anam və həyatın mənası

0.0
(0)

Yalom bu kitabda bənzərsiz təhkiyə üslubu ilə insan psixologiyasının sirli və dərin qatlarına necə ustalıqla nüfuz etdiyini bir daha sübut edir. O, bir-birindən fərqli 6 hekayədə öz psixoterapiya təcrübəsinə əsaslanaraq, pasiyentlərin nevrotik vəziyyətlərindən çıxıb transformasiya keçirməsinə yardım edir. Bu müalicələri ənənəvi və psixologiya elminin müəyyənləşdirdiyi tibbi “qaydalara” əsaslanan bir metodla deyil, özünün orijinal yanaşması və pasiyentlə qurduğu səmimi münasibət əsasında həyata keçirir. Hətta bəzi anlarda özünü “oda atır”, tənqid etməkdən qorxmur. Oxucu mütaliə prosesində iki təcrübəni bir anda yaşayır: həm qeyri-adi həyat hekayələri oxuyur, həm də özünü psixoterapevtin kabinetində hiss edir.
Bu hekayələri oxuyarkən insan ekzistensial həqiqətlərlə üzbəüz qalır, başqa insanların üzləşdiyi varlıq, həyat, ölümlə bağlı dərin suallar onu da düşündürür və öz psixikasını yenidən dəyərləndirir. Yalom bizə həm də müasir dünyada artıq “əl-əl axtarılan” başqasını dinləməyi, insanın düşdüyü ağır situasiyanı duymağı öyrədir.

Ardını oxu
Kitabın adı Anam və həyatın mənası
Orijinal adı Momma and the Meaning of Life: Tales of Psychotherapy
Müəllif İrvin Yalom
Tərcüməçi Svetlana Turan
ISBN 9789952525526
Dili Azərbaycan
Səhifə sayı 392
Kitabın formatı 135x200 mm
Çap tarixi 2019
Nəşriyyat Mono
Pineapple
İrvin Yalom

İrvin Yalom 1931-ci il iyunun 13-də Vaşinqtonda anadan olub. İrvin orta məktəbi bitirdikdən sonra Corc Vaşinqton Universitetinə daxil olub. Təhsilini Boston Universitetinin Tibb məktəbində davam etdirib. Daha sonra hərbi xidmətə yollanıb. 1963-cü ildən bu günə qədər Yalom Stənford Universitetində çalışır. Həmin universitetin professoru olan Yalom hal-hazırda psixiatr və psixoterapevt kimi fəaliyyət göstərir.
İrvin Yalom humanist psixologiyanın bir qolu olan ekzistensial psixologiyanın nümayəndəsidir. O, dünyaca məşhur “Nitsşe ağlayanda”, “Anam və həyatın mənası”, “Ekzistensial psixoterapiya” və  bu kimi bir çox bədii və elmi-populyar əsərlərin müəllifidir. 
92 yaşlı dünya şöhrətli psixoloq hazırda yoldaşı və 4 övladı ilə birlikdə Amerikada yaşayır.

İlk rəy yazan siz olun

Oxucu candır

WhatsApp Icon
WhatsApp Icon
'