- 0
-
-
Ümumi = 0.00 ₼
- Səbətə bax Sifariş et
-
Irvin David Yalom
İrvin Yalom 1931-ci il iyunun 13-də Vaşinqtonda anadan olub. İrvin orta məktəbi bitirdikdən sonra Corc Vaşinqton Universitetinə daxil olub. Təhsilini Boston Universitetinin Tibb məktəbində davam etdirib. Daha sonra hərbi xidmətə yollanıb. 1963-cü ildən bu günə qədər Yalom Stənford Universitetində çalışır. Həmin universitetin professoru olan Yalom hal-hazırda psixiatr və psixoterapevt kimi fəaliyyət göstərir.
İrvin Yalom humanist psixologiyanın bir qolu olan ekzistensial psixologiyanın nümayəndəsidir. O, dünyaca məşhur “Nitsşe ağlayanda”, “Anam və həyatın mənası”, “Ekzistensial psixoterapiya” və bu kimi bir çox bədii və elmi-populyar əsərlərin müəllifidir.
92 yaşlı dünya şöhrətli psixoloq hazırda yoldaşı və 4 övladı ilə birlikdə Amerikada yaşayır.