Adı Leylaydı
Pərviz Arifin yaradıcılığına ötəri nəzər kifayətdir ki, istedadını və zəhmətkeşliyini görəsən. Onun üçün forma məhdudiyyəti yoxdur. Həm əruz, həm heca, həm də sərbəst vəznlərdə yazır və hər birində də özü olmağa, özünü tapmağa çalışır.
İlqar Fəhmi
Bir quyuya düşmüşəm ki, suyu yox
Burda adam bilmir necə boğula;
... ismi hələ ki, təkcə öz qəzəllərində keçir, bəlkə də, bir gün xanəndə-danəndələrin dilində səslənəcək;
... kitabı tezliklə açılasıdı:
Gözümün yaşını, Pərviz, yenə daşdım, tökdüm
Qəzəlin ardı da var, ismini çaşdım, çəkdim –
deyən Pərviz Arifin...
Qulu Ağsəs
Hörmətli oxucu, siz də, əminəm ki, mən gələn qənaətə gələcəksiniz. Əmin olacaqsınız ki, Pərviz şairdir. Sözün böyüklüyünü, qədrini bilən, hörmətini saxlayıb hörmətə mindirən şairdir.
Arif Buzovnalı
İlk rəy yazan siz olun