Abşeron yarımadamı

0.0
(0)

Abşeron –
küçələri tənhalığın təkrarına qafiyələnmiş
qoca və yorğun şərqin almasız nağılı,
oyan bu yuxunu.
Üzüqara gecələrinə de ki,
utanmasınlar günəşi yandırsınlar,
təkliyin qaradərilisini qaranlıqla qorxutmasınlar!
Gölməçələrinə, şüşəli binalarına və aynalarına de ki,
göstərməsin əksimizi,
çoxaltmasın yalnızlığımızı,
çoxaltmasın Abşeron yarımadamlığımızı...

Ardını oxu
Kitabın adı Abşeron yarımadamı
Müəllif Ramil Əhməd
ISBN 9789952547382
Dili Azərbaycan
Səhifə sayı 116
Kitabın formatı 140x160 mm
Çap tarixi 2022
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Ramil Əhməd

Ramil Əhmədov 1994-cü il yanvarın 1-də anadan olub. 2000–2011-ci illərdə Şuşa rayon Malıbəyli kənd 2 saylı orta məktəbində təhsil alıb. 2006–2011-ci illərdə Şuşa rayon Malıbəyli kənd uşaq musiqi məktəbində musiqi təhsili alıb. Müxtəlif illərdə "525-ci qəzet"in mədəniyyət müxbiri olaraq işləyib. 2013–2015-ci illərdə fəaliyət göstərən Azərbaycan Yazıçılar Birliyinin və Mədəniyyət Nazirliyinin birgə layihəsi olan "Gənc Ədiblər Məktəbi"nin məzunudur.
2014-cü ildə Azərbaycan Yazıçılar Birliyinin 21 nəfərdən ibarət Gənclər Şurasına üzv seçilib. 2015–2016-cı illərdə İstanbul Elmlər Akademiyasında "Türk Dili və Ədəbiyyatı" dərslərində iştirak edib. 2017-ci ildə Avrasya Yazarlar Birliyinin təşkil etdiyi "Türk Dünyası Gənc Yazarların Görüşü"ndə Azərbaycanı təmsil edib.
2019-cu ilin fevral-may aylarında Anadolu Yazarlar Birliyinin təşkil etdiyi "Çeviri Atölyesi" layihəsində iştirak edib. 2019-cu ildə İstanbul Universiteti Azərbaycan Kültür və Dayanışma Topluluğunun Mədəniyyət koordinatorluğunu icra edib. 2019-cu ildə Dünya Ədəbiyyatı jurnalının redaksiya heyətinə üzv qəbul edilib.
"Ulduz", "Naşir", "Kitabçı" jurnallarında, "525-ci qəzet", "Ədəbiyyat qəzeti" və s. qəzetlərdə şeir, publisistik məqalə, tərcümə və müsahibələri dərc olunub.
Türkiyənin müxtəlif dil və ədəbiyyat araşdırmaları jurnallarında Azərbaycan, Türk və dünya ədəbiyyatlarına dair bədii və elmi məqalələri işıq üzü görüb. Bir çox elmi araşdırmalarıyla İstanbul Universiteti, Trakya Universiteti, İstanbul Mədəniyyət Universiteti, Avrasiya Araşdırma Mərkəzi kimi nüfuzlu qurumların təşkil etdiyi konfranslarda çıxış edib.
2020-ci ildə Makedoniyada keçirilən "VI Yəhya Kamal Beyatlı Şeir Festivalı"nda Azərbaycanı təmsil edib. 2021-ci ildə Xocavənd rayonu üzrə nümayəndə təyin edilib. 2023-cü ildə II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının Macarıstan günlərinin koordinatoru olub.
2015-ci ildə "Zaman Tuneli" kitabı Azərbaycan Yazıçılar Birliyinin layihəsi olan "AYB Kitab" seriyasından nəşr olunub. Həmin kitab 2020-ci ildə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə "Azərbaycan Kitabının Dünyaya Tanıdılması" layihəsi çərçivəsində Türkiyədə nəşr olunub. 2017-ci ildə "Qırmızı" şeirlər kitabı "Ulduz" jurnalının Dərgidə Kitab layihəsi çərçivəsində nəşr olunub. 2018-ci ildə ədəbi analitik esselərdən ibarət "İki şəhərin yazıları" adlı kitabı işıq üzü görüb.
2021-ci ildə Ramil Əhmədin "Orxan Pamukun evində" adlı kitabı işıq üzü görüb. Kitabda Ramil Əhmədin türk yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2006) Orxan Pamukla tanışlığının detalları, ədibin evində gerçəkləşən söhbətləri yer alıb. 2021-ci ildə onun tərtibatçılığı ilə "Nizami Gəncəvinin poetik portreti" kitabı nəşr olunub. 2022-ci ildə "Abşeron yarımadamı" adlı şeirlər kitabı işıq üzü görüb.
2013 və 2014-cü illərdə Bakı Dövlət Universitetinin "İlin Ən Yaxşı Tələbəsi" fəxri adına layiq görülüb.
2013-cü ildə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilib, həmin il Azərbaycan Respublikası Prezidentinin gənc yazarlar üçün verdiyi "Prezident Təqaüdü"nə layiq görülüb. 2014-cü ildə Milli Kitabxanada keçirilən "Gəncliyin Səsi" Festivalında fəal iştirakına görə Mədəniyyət Nazirliyinin diplomuna layiq görülüb. 2015-ci ildə ədəbiyyat sahəsindəki uğurlarına görə Gənclər və İdman Nazirliyinin "Gənclər Mükafatı"na layiq görülüb.
2021-ci ilin yanvarında Mədəniyyət Nazirliyinin "Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi"nin esse janrı üzrə qalibi olub.
Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə "Gənclər üçün Prezident Mükafatı"na layiq görülüb. 2021-ci ildə dünyanın müxtəlif ölkələrindən Türkiyədə təhsil alan 892 tələbənin iştirak etdiyi "Uluslararası Eser Yarışması"nda "Elma sodası" şeiri ilə ikinci, Anarın "Çəpəki Yağış" əsərinin tərcüməsinə görə isə üçüncü yerə layiq görülüb. 2022-ci ildə I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Beynəlxalq Türk Müəllifləri Birliyinin təqdimatı ilə TÜRKSOY, Beynəlxalq Türk Akademiyası və İLESAM tərəfindən "Aşıq Veysəl" medalı ilə təltif edilib.
2023-cü ildə TÜRKSOY ve Macarıstanın təşkilatçılığı ilə görkəmli macar şairi Şandor Petofinin anadan olmasının 200 illiyi münasibəti ilə həyata keçirilən Beynəlxalq Şeir Tərcümə Müsabiqəsinin qalibi olub. Həmin il martın 15-də Budapeşt şəhərində təltif edilib.

 

İlk rəy yazan siz olun

Oxucu candır

WhatsApp Icon
WhatsApp Icon
'