Yaşamaq sənəti

0.0
(0)

“Yaşamaq sənəti” kitabında yazıçı-psixoloq İlqar Kamil öz şəxsi təcrübələrini psixologiya, ədəbiyyat, sosiologiya kimi sahələrin yanaşmaları ilə sintez edərək bir xoşbəxtlik formulu ortaya çıxarır. 
Bu kitabdakı esselər loqoterapiya cəhdləridir; deyir darıxmayın, hər şey olmasa da, çox şey yaxşı olacaq və hər şeyin yaxşı olması, bəlkə, heç yaxşı da deyil. Bu kitab “insanın başına nə gəlirsə, başının içindən gəlir” deyir və esse-esse bu tezisi isbat etməyə çalışır. Bu esselər adamı “olarsa nə gözəl, olmazsa eybi yox” fəlsəfəsinə yaxınlaşdırır, izah edir ki, güclü görünməyə məcbur olmadığımız yerlərdə, kəslərdədir xoşbəxtlik. Bu kitab bizə gerçəkdən xoşbəxt ola biləcəyimiz ünvanları (bəlkə də, yeganə ünvanı) göstərir. 
“Yaşamaq sənəti” həm də bir akmeologiya kitabıdır, insana özünün akmesinə – ən ali versiyasına çatmağın yollarından danışır. Odur ki esse-esse irəlilədikcə cümlə-cümlə car çəkirsiniz: böyüməyə nə qədər, nə qədər yer varmış...

Ardını oxu
Kitabın adı Yaşamaq sənəti
Müəllif İlqar Kamil
ISBN 9789952868753
Dili Azərbaycan
Səhifə sayı 296
Kitabın formatı 120x190 mm
Çap tarixi 2026
Nəşriyyat Mono
Pineapple
İlqar Kamil

İlqar Kamil 7 iyul 1981-ci ildə Masallı rayonunun Viləş kəndində anadan olub. Müəllif 2001-2008-ci illərdə Beynəlxalq İlahiyyat İnstitutunda ali təhsil alaraq magistr dərəcəsinə yiyələnib. 
2008-ci ildən başlayaraq 15 il Rusiyada yaşayan İlqar Kamil həmçinin Moskva Psixo-Sosiologiya Universitetində (MPSU) ikinci ali təhsilini alıb.
Yazıçı-psixoloq bir neçə kitabın müəllifi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Amerika Psixologiya Assosiasiyasının (APA) üzvüdür.
Hazırda Bakıda yaşayan İlqar Kamil “Qapı” psixologiya mərkəzinin rəhbəridir. Onun fəaliyyəti psixologiya, insanın daxili dünyası, şəxsiyyətin inkişafı və ailə münasibətləri kimi istiqamətləri əhatə edir.
Ailəlidir, 3 övladı var.

İlk rəy yazan siz olun

Oxucu candır

WhatsApp Icon
WhatsApp Icon
'