Xoşbəxt ailə modeli

0.0
(0)

İnsanlararası münasibətlərin ciddi transformasiyaya mə­ruz qaldığı bir dövrdə ailə haqqında yanaşmalar da dəyi­şir. Bu təsisatın müxtəlif mədəniyyətlərdə yerini, bəşər ta­ri­xindəki rolunu, insanın şəxsi inkişafına təsirini nəzərə alan­da ailə dəyərlərinin gələcəyi haqda narahat olmalıyıq. 
Qarşınızdakı kitabda Hacı Şahin Həsənli son dövrlərdə ailə institutunun dağılmasına səbəb olan faktorları təhlil edib, onlara çarə tapmaqla yanaşı, ictimai münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçid imkanları haqda da bəhs edir. Müəllifin fikrincə, ailə dəyərlərinin istismarı onların inkarı ilə nəticələnməməlidir. Əksinə, müxtəlif kritik hadisələrlə formalaşan müasir dünyada ailə təsisatına yeni məzmun verilməlidir. Kişi-qadın, valideyn-övlad münasibətləri üçün yeni formalar deyil, məhz yeni yanaşmalar düşünülməlidir.

Ardını oxu
Kitabın adı Xoşbəxt ailə modeli
Müəllif Hacı Şahin Həsənli
ISBN 9789952547221
Dili Azərbaycan
Səhifə sayı 112
Kitabın formatı 120x190 mm
Çap tarixi 2024
Nəşriyyat İrşad
Pineapple
Hacı Şahin Həsənli

Şahin Hüseyn oğlu Həsənli 7 iyul 1974-cü ildə Bakı şəhərində dünyaya gəlib. 1981-ci ildə Bakı şəhəri, Səbail rayonu 189 saylı orta məktəbin (indiki 189–190 №-li məktəb) rus bölməsinə daxil olub, 1991-ci ildə həmin məktəbi bitirib.
1991-ci ildə Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsinə daxil olub. 1995–1997-ci illərdə hərbi xidmətdə olub. 1999-cu ildə ADTU-dakı təhsilini bitirib.
2001–2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb.
1998–2001-ci illərdə təsisçilərindən olduğu "İkmal" Gənclər Birliyinə sədrlik edib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndəliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçirib. Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub.
2001-ci ildən Bakı şəhəri Nəsimi rayonunda yerləşən "Məşədi Dadaş" məscidində imam-camaat idi.
Bu və öncəki illərdə müstəqil şəkildə dini mütaliə ilə məşğul olub, dini mövzularda dərs tədris edib. Xüsusilə Əqaid, fəlsəfə, əxlaq, təfsir dərslərini tədris edib. 2007-ci ildə "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsis edib, o zamandan quruma rəhbərlik edib.
2013-cü ildə "Məşədi Dadaş" məscidinə axund, 2014-cü ildə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi, 2021-ci ildə isə QMİ Qazilər Şurasının üzvü təyin olunub.
2016–17-ci illərdə Darul Hikmət Elm və Tədris Mərkəzində "Əxlaq Fəlsəfəsi" və "İslam tarixi (təhlil)" dərslərini tədris edib.
Heç bir siyasi partiyaya üzv deyildi. Azərbaycan, ərəb, fars və rus dillərini bilirdi.
Uzun illərdir ki, Həcc karvanına rəhbərlik edir və Həcc zəvvarlarına xidmət göstərirdi. "Haradan başlamalı", "Yaradılışın hədəfi" və "Xoşbəxt ailə modeli" adlı kitabların müəllifidir.
Ailəli idi. 4 övladı, iki qızı və iki oğlu var.
2023-cü il martın 2-də Bakıda ürək çatışmazlığından vəfat etmişdir.

İlk rəy yazan siz olun

Oxucu candır

WhatsApp Icon
WhatsApp Icon
'