Yaradılışın hədəfi
Bu kitab bir axtarış, insanda “niyə”, “nə üçün”, “nə vaxt” suallarını yaratma cəhdidir. Ola bilərmi, bu qədər rəngarəngliyin, sürətin içində dalana dirənmişik, bozluq hər tərəfdən bizi əhatələyib, hər şey “apdeyt” olsa da, əslində, heç nə dəyişmir?
Hacı Şahin Həsənli “Yaradılışın hədəfi” kitabında hazırda dəbdə olan “liberalizm”, “plüralizm”, “sağçılıq”, “solçuluq” anlayışlarını təhlil etməyə çalışır, dalandan qurtulmaq üçün alternativ yollar təqdim edir. Və bu təşəbbüsdə çağdaş dünya perspektivinin qeyri-kafiliyi, insanın daxili potensialını tamlıqla görə bilməmə faktı aşkara çıxır.
Müəllifin fikrincə, inanclı təbəqə də bu proses zamanı nostalgiyaya qapılmaq, marginallaşma, dini yalnız bir baxış bucağından görmək kimi problemlərlə üzləşib.
İlk rəy yazan siz olun