Məad anlayışı

0.0
(0)

Məad, yaxud esxatologiya səmavi dinlərin ən önəmli prinsiplərindən biri hesab olunur. Bu baxımdan məad anlayışı Quranda da geniş şəkildə yer almaqdadır... Kitabda Mürtəza Mütəhhəri əvvəlcə məadla bağlı müxtəlif təfsir və düşüncələri qeyd edir, sonra isə onları saf-çürük edərək doğru bildiyi görüşü fəlsəfi metodla isbat etməyə çalışır.
Digər tərəfdən, müəllif məad probleminin ruh mövzusu ilə sıx əlaqəsi olduğuna görə ruh-bədən mövzusunu təhlil edir, o dövrün müsəlman ziyalılarının yeni nəzəriyyəsi hesab olunan “şüurlu bədən” tezisini tənqid edir və buna cavab olaraq “ruhun mücərrədliyi” görüşünü irəli sürür.
Kitabın sonuncu iki fəslində isə müəllif məadla bağlı identiklik probleminə toxunur və öz həll yolunu təqdim edir.
Bu kitab mövzu baxımından “Teizm seminarları” və “Peyğəmbərlik anlayışı” kitablarının davamıdır.

Ardını oxu
Kitabın adı Məad anlayışı
Orijinal adı معاد
Müəllif Mürtəza Mütəhhəri
Tərcüməçi Ağabala Mehdiyev
ISBN 9789952525267
Dili Azərbaycan
Səhifə sayı 296
Kitabın formatı 135x200 mm
Çap tarixi 2020
Nəşriyyat İrşad
Pineapple
Mürtəza Mütəhhəri

Mürtəza Mütəhhəri 1919-cu il fevralın 2-də Xorasan ma­halının Fəriman şəhərində alim və inanclı bir ailədə dünya­ya gəlib.
Mütəhhəri uşaqlıq dövrünü məktəbdə ibtidai təhsil al­maqla və Quran öyrənməklə keçirib. 
O, 1931-ci ildə Məşhəd şəhərinin mədrəsələrində şəriət dərslərini öyrənməyə başlayır. 
1937-ci ildə dərslərini davam etdirmək üçün Qum şəhə­rinə gedir. Orda 15 il qalır və dövrünün ən məşhur filosofla­rından olan azərbaycanlı alim Məhəmmədhüseyn Təbatəbai kimi görkəmli şəxsiyyətlərdən dərs alaraq İslam elmləri və digər sahələrdə yüksək dərəcələrə çatır. O cümlədən İslam fəlsəfəsi, fiqh və üsul, sosiologiya, psixologiya, tarix, təfsir, İslam sxolastikası və başqa sahələr üzrə böyük nailiyyət­lər əldə edir. 
1952-ci ildə Tehrana köçən alim elə o zamandan elmi tədqiqat işlərinə başlayır. Həmin dövrdə müəllimi Məhəm­mədhüseyn Təbatəbainin qələmə aldığı “Fəlsəfə prinsipləri və realizm metodu” kitabına giriş yazır və 5 cilddə şərh edir. O bu işi 1953-cü ildə sona çatdırır.
1955-ci ildən başlayaraq “Tələbə İslam Cəmiyyəti”ndə yeni və fərqli yanaşmalarla Quran təfsiri dərsləri deyir və ey­ni ildə Tehran universitetinin “İlahiyyat Elmləri və İslam Maa­rifi İnstitutu”nda müəllimlik fəaliyyətinə başlayır və burada təlim-tədris işini iyirmi il (1976-cı ilə kimi) davam etdirir. 
Tehran ziyalıları və gəncləri ilə mütəmadi ünsiyyətdə olan Mütəhhəri Tehranda olduğu müddətdə müxtəlif kon­franslarda, tədbirlərdə çıxış edərək İslam dininə qarşı yönəl­miş iradlara, şübhələrə cavab verir, məsələlərə yeni baxış gətirir. Beləliklə, get-gedə Mütəhhəri ziyalı kütlənin sevimlisinə çevrilir, müxtəlif konfranslara dəvətlər alır, artıq çıxışları Tehranla məhdudlaşmır; digər şəhərlərdə də müxtəlif tədbirlərdə iştirak edir.
1959-cu ildə Mütəhhəri “Həkimlərin İslam Cəmiyyəti”nə spiker kimi dəvət olunur və orada o günə kimi müzakirə olunmayan “İslam və zamanın ehtiyacları”, “Teizm” mövzusu kimi bir çox elmi əhəmiyyətli çıxışlar edir.
1967-ci ildə o dövrün elmi müzakirə ocağı sayılan İrşad İslam Mədəniyyət Mərkəzi təsis edilərkən Mütəhhəri oranın əsas üzvlərindən biri olur. İrşadda Mütəhhəri ilə yanaşı, Dok. Əli Şəriəti kimi dövrün digər ziyalıları da çıxış etməyə başlayır.
Bir neçə il sonra İrşad İslam Mədəniyyət Mərkəzindən ayrılsa da, fəaliyyətini, çıxışlarını müxtəlif yerlərdə davam etdirir. Elmi-ictimai fəaliyyəti ilə yanaşı, dövrün aktual prob­lemlərini ələ alan əsərlər üzərində də işləyir.
Daim cəmiyyətdəki nöqsanların islahı fikrində olan yo­rulmaz alim 1979-cu ilin may ayının 2-də sui-qəsd nəticə­sində başından aldığı güllə yarası ilə şəhid edildi.

İlk rəy yazan siz olun

Oxucu candır

WhatsApp Icon
WhatsApp Icon
'