Qırmızı ağıl
Necə oldu ki, Peyğəmbərin vəfatından 50 il keçəndən sonra müsəlman cəmiyyətində Kərbəla hadisəsi kimi bir faciə baş verdi? Bu cür mənəvi deqradasiyanın səbəbləri nə idi? Nə baş verdi ki, Yezid kimi bir şəxs İslam xilafəti kürsüsündə əyləşə bildi?!
“Qırmızı ağıl” kitabında bu cür suallar ətrafında təhlillər aparılır, Kərbəla hərəkatına tarixi-ictimai bir hadisə kimi yanaşılaraq onun baş vermə səbəbləri müzakirə olunur.
Kitabın mühüm tərəflərindən biri də dövrün böyük şəxsiyyətlərinin İmam Hüseynin qiyamı zamanı tutduqları mövqenin təhlil olunması, Peyğəmbər dövründən Aşura hadisəsinə qədərki zaman müddətində onların tədricən dəyişməsinə səbəb olan faktorların araşdırılmasıdır.
İlk rəy yazan siz olun