İslami düşüncənin dirçəldilməsi
Müsəlmanlar arasında İslam həm mövcuddur, həm də mövcud deyil. Müsəlman cəmiyyətlərində İslam ruhu yoxdur... İslam var, amma donuq və təsirsizdir. Bu İslam daha istilik bəxş etmir, hərəkət və sıçrayış yarada bilmir, güc və agahlıq verə bilmir... Nədir bunun səbəbi? Problem müsəlmanların təfəkküründədir. Müsəlmanlar İslamı canlı və diri deyil, ölü dərk edirlər.
Mürtəza Mütəhhəri kiçik, amma məzmunca çox dolğun “İslami düşüncənin dirçəldilməsi” kitabında müsəlman cəmiyyətlərin inkişafdan geri qalma səbəblərini araşdırır. Müəllifə görə, bir çox dini anlayışların mənası təhrif olunub və buna görə də bu anlayışlar yenidən, inanclı insanı tərəqqiyə, inkişafa sövq edəcək şəkildə mənalandırılmalıdır.
Kitaba həmçinin müəllifin “Haqq-batil savaşı” adlı silsilə çıxışları da əlavə olunub. Bu çıxışlarda insan, cəmiyyət və tarixdə haqq-batil məsələləri, haqq və batil arasında gedən mübarizə fərqli baxış bucaqlarından – elmi-fəlsəfi, ictimai-psixoloji yöndən təhlil olunur.
İlk rəy yazan siz olun