Həyatım və işim (P)

0.0
(0)

Henri Ford – avtomobil sənayesinin atası, ixtiraçı, mühəndis və sahibkar. O, XX əsrin ən yaxşı biznesmeni idi. İş dünyasındakı ənənəvi qaydaları ləğv edib yeni konsepsiya yaratdı: iş saatını 8 saata endirdi, həftədə 6 yox, 5 günlük iş rejiminə keçdi, işçilərə aylıq yox, saathesabı maaş verdi. O, “mən yalnız xidmət haqqında düşünürəm” deyirdi. İnsanın, öz əmək və qabiliyyətlərinə resurs kimi baxmasının və daim onları təkmilləşdirməsinin tərəfdarı idi.
•  Təhsil haqqında deyirdi: “Təhsilin məqsədi heç də insanın beynini faktlarla doldurmaq deyil. Təhsilin məqsədi insana öz düşüncəsindən necə istifadə etməyi öyrətməkdir”.
•  Reklam haqqında deyirdi: “İstehsalçı satış bitdikdən sonra belə, müştəriylə əlaqəni kəsməməlidir. Əsl iş elə məhz satışdan sonra başlayır. Narazı müştəri ən pis reklamdır”.
•  İqtisadiyyat haqqında deyirdi: “Vətəndaşı inkişaf etdirmədən vətəni inkişaf etdirmək olmaz və bütün yanlış idarə olunmaların cəriməsini ictimaiyyət ödəyir, axı hər şeydən əvvəl ödəniş edən, əziyyət çəkən ictimaiyyətdir”.
Bu kitabda, mübaliğəsiz, hər şey var: xəyalların arxasınca getmək, iqtisadiyyat, marketinq, menecment, maaş, konveyer üsulu ilə istehsal, təşkilatlanma, innovasiya, motivasiya, idarəetmə, maliyyə, istehlak, dəyər, izafi məsrəf, fərdi və kollektiv məsuliyyət.
“Həyatım və işim” – dünyada yüzlərcə dəfə nəşr olunan və hələ də aktuallığını itirməyən biznesmenlərin və iş adamlarının stolüstü kitabıdır. 

Ardını oxu
Kitabın adı Həyatım və işim (P)
Orijinal adı My Life And Work
Müəllif Henri Ford
Tərcüməçi Rafiz Hacıoğlu, Namiq Bağırlı
ISBN 9789952525281
Dili Azərbaycan
Səhifə sayı 472
Kitabın formatı 135x200 mm
Çap tarixi 2019
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Henri Ford

Henri Ford 30 iyul 1863-cü ildə ABŞ-nin Miçiqan ştatının Vayn-Kantri şəhərinin Sprinqfild qəsəbəsində dünyaya gəlmişdir. O, müvəfəqiyyətli fermer təsərrüfatının sahibkarları olan Uilyam və Mari Fordların altı uşağının böyüyü idi. Henrinin uşaqlığı ailəsinə kömək etdiyi və adi kənd məktəbində təhsil aldığı həmin ailə fermasında keçmişdir.
Henrinin hələ gənc yaşlarında göstərdiyi texnikaya böyük maraq ona dünyanın ən məşhur sənaye sahibkarlarından biri olmağa imkan vermişdir. Ford, özünün ilk daxili yanma mühərrikini evinin mətbəxində hazırlamışdı. Tezliklə o, həmin mühərriki 4 velosiped təkərli ramaya qoymaq qərarına gəlir. Beləliklə, 1896-cı ildə kvadrodövriyyə ilk Ford avtomobilinə çevrilən nəqliyyat vasitəsi meydana gəlir.
1899-cu ildə Edison İlluminating şirkətindən ayrılan Henri Ford öz şəxsi Detroit Automobile şirkətini qurur. Bir ildən sonra müəssisənin iflasa uğramasına baxmayaraq, Ford bir neçə yarış avtomobili yığmağa müvəffəq olmuşdu. Ford özü həmin yarışlarda iştirak edir və nəhayət 1901-ci ilin oktyabrında ABŞ çempionu Aleksandr Uintona qalib gəlməyi bacarır.
Henri "Ford Motor" şirkətini 1903-cü ildə yaradır. Şirkət müəssisənin 25,5% səhmlərinin sahibi və vitse-prezident, eləcə də baş mühəndisi vəzifəsini tutan Henri Ford başda olmaqla, Miçiqan ştatından 12 nəfər biznesmen tərəfindən təsis edilir. Avtomobil zavodu adı altında Detroyt ştatı Mek Avenyuda keçmiş furqon fabriki yenidən təchiz edilir. Fordun birbaşa rəhbərliyi altında iki-üç işçidən ibarət briqadalar digər müəssisələrin sifarişi əsasında hazırlanan ehtiyat hissələrindən avtomobil hazırlayırlar. Şirkətin ilk avtomobili 23 iyul 1903-cü ildə satılır. 1906-cı ildə Henri Ford şirkətin prezidenti olur və əsas sahibkarına çevrilir.
1919-cu ildə Henri Ford və onun oğlu Edsel Brayant Ford müəssisənin səhmlərini digər səhmdarlardan 105 568 858 ABŞ dollarına alaraq, şirkətin vahid sahibkarlarına çevrilirlər. Elə həmin il Edsel şirkətin prezidenti postuna varis olur. 1943-cü ildə oğlunun qəfil ölümündən sonra Henri Ford yenidən şirkətin başına keçir.
1945-ci ilin sentyabrında Henri Ford səlahiyyətlərini böyük nəvəsi II Henri Forda verir. 1946-cı ilin mayında böyük Henri Ford avtosənayedə göstərdiyi xidmətlərinə görə fəxri mükafata layiq görülür. Həmin ilin sonunda isə Amerika Neft İnstitutu cəmiyyət qarşısındakı xidmətlərinə görə onu qızıl medalla təltif edir.
Henri Ford 7 aprel 1947-ci ildə Dibronda öz evində 83 yaşında vəfat etmişdir.

İlk rəy yazan siz olun

Oxucu candır

MÜƏLLİFİN DİGƏR KİTABLARI

WhatsApp Icon
WhatsApp Icon
'