Diqqət! Evdə uşaq var

0.0
(0)

Uşağı öyrətmək, yoxsa uşaqdan öyrənmək?
Uşağa diktə etmək, yoxsa uşağın sözünə baxmaq?
Uşağı böyütmək, yoxsa uşaqla birlikdə böyümək?
O zaman deyirik ki, “Diqqət! Evdə uşaq var”.
Uşaq bizi öyrətmək, pis vərdişlərdən çəkindirmək, “yeniləmək” və bizə həyatı yenidən sevdirmək üçün var.
Əzbərlənmiş, şablon üsullarla, eşitdiyimiz kortəbii yanaşmalarla, heç bir əsası olmayan və adətən əks-effekt verən metodlarla uşaq tərbiyə etməyə son qoymağın vaxtıdır!
Bu kitab yeni dünyanın yeni insanına yeni yollar, yeni baxış bucaqları təklif edir. Daha fərqli, daha həssas, daha effektiv üsullarla uşağa yanaşma yollarını öyrənmək istəyiriksə, əvvəlcə diqqətimizi toplayacaq, sonra isə birlikdə bu həqiqəti dərk etməyə çalışacağıq: “Diqqət! Evdə uşaq var”.

Ardını oxu
Kitabın adı Diqqət! Evdə uşaq var
Müəllif Elmir İsgəndərov
ISBN 9789952849493
Dili Azərbaycan
Səhifə sayı 208
Kitabın formatı 155x215 mm
Çap tarixi 2024
Nəşriyyat Mono
Pineapple
Elmir İsgəndərov

Psixoloq Elmir İsgəndərov
NLP Academy Psixoloji Xidmət və
Təlim Mərkəzinin qurucusu və direktoru,
NLP Master, təlimçi

Elmir İsgəndərov 1983-cü il aprelin 23-ü Tərtər rayonunda anadan olub. 2003-cü ildə Bakı Dövlət Universitetinin bakalavr, 2005-ci ildə magistr pillələrini fərqlənmə diplomu ilə bitirib. 2013-cü ildə uşaq nəşriyyatı qurub, 3 il bu nəşriyyatın direktoru olub və uşaq ədəbiyyatına dair 50-dən çox kitab çap edib.
2018-ci ildə Azərbaycan Respublikasının Təhsil İnstitutunun pedaqoji psixologiya ixtisası üzrə doktorantura pilləsinə qəbul olub, 2022-ci ildə təhsilini uğurla başa çatdırıb. 
2018-ci ildə NLP Academy Psixoloji Xidmət və Təlim Mərkəzini qurub. O vaxtdan bu mərkəzə rəhbərlik edir, burada psixoloji xidmətlər və təlimlər həyata keçirir. 
Psixoloq Elmir İsgəndərov Amerika və Türkiyədə onlarla təlimlərə qatılıb, müxtəlif beynəlxalq seminar, konfrans və simpoziumlarda iştirak edib. NLP-nin qurucusu dok. Riçard Bendlerdən imzalı sertifikat əldə edən yeganə azərbaycanlıdır.
2019-cu ildə açdığı “Psixoloq Elmir İsgəndərov” adlı yutub kanalı öz sahəsi üzrə respublikamızda ilk və yeganə kanaldır. Hazırda 50 mindən artıq abunə sayı ilə fəaliyyətini davam etdirir.
Ailəlidir, 3 övladı var.

İlk rəy yazan siz olun

Oxucu candır

WhatsApp Icon
WhatsApp Icon
'