Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt

0.0
(0)

Azərbaycanın Dövlət Himni ilk dəfə nə vaxt səslənib?
Hansı nazirə Azərbaycan dilini Üzeyir Hacıbəyli öyrədib? 
Niyə deputatlar Don Kixotu yada salmışdılar?
Bakı Dövlət Universitetinin yaradılması kimin ideyası idi?
Məşhur serial AXC tarixindən necə ilhamlanıb?
Azərbaycan Xalq Cümhuriyyəti haqqında adətən elmi-tədqiqat əsərləri yazılır. Bu kitabın unikallığı və özəlliyi ondadır ki, mühüm tarixi hadisələrlə yanaşı, o dövrün insanlarının yaşayışı, məişəti, geyimi, qidalanma tərzi, istifadə etdiyi nəqliyyat vasitələri kimi maraqlı mövzulardan da söhbət açır. Kitabın mürəkkəb terminlərdən uzaq, anlaşıqlı, sadə dildə yazılması bu cür əhəmiyyətli mövzunun asan oxunmasına və rahat yadda qalmasına şərait yaradır.

Ardını oxu
Kitabın adı Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt
Müəllif Ayaz İlyasov
ISBN 9789952868715
Dili Azərbaycan
Səhifə sayı 288
Kitabın formatı 135x200 mm
Çap tarixi 2026
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Ayaz İlyasov

Ayaz Adgözəl oğlu İlyasov 1991-ci ildə Siyəzən şəhərində dünyaya gəlib. 2009-cu ildə Siyəzən şəhər 3 saylı orta məktəbini, 2013-cü ildə isə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Beynəlxalq münasibətlər ixtisasını bitirib.
Ayaz 2013-cü ildən TV və radio sahəsində çalışır. 2018-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Radionun Proqram Direktorluğunun baş redaktorudur. 
Müəllif indiyədək Azərbaycan Xalq Cümhuriyyəti haqqında müxtəlif rəqəmsal platformalarda yazmış, podkast hazırlamış, audiovizual kontent yaratmışdır. “Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 FAKT” isə müəllifin ilk kitabıdır.

İlk rəy yazan siz olun

Oxucu candır

WhatsApp Icon
WhatsApp Icon
'