Ayaz İlyasov

Ayaz Adgözəl oğlu İlyasov

/

Ayaz Adgözəl oğlu İlyasov 1991-ci ildə Siyəzən şəhərində dünyaya gəlib. 2009-cu ildə Siyəzən şəhər 3 saylı orta məktəbini, 2013-cü ildə isə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Beynəlxalq münasibətlər ixtisasını bitirib.
Ayaz 2013-cü ildən TV və radio sahəsində çalışır. 2018-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Radionun Proqram Direktorluğunun baş redaktorudur. 
Müəllif indiyədək Azərbaycan Xalq Cümhuriyyəti haqqında müxtəlif rəqəmsal platformalarda yazmış, podkast hazırlamış, audiovizual kontent yaratmışdır. “Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 FAKT” isə müəllifin ilk kitabıdır.

Ayaz İlyasov
WhatsApp Icon
WhatsApp Icon
'