Kitabın adı |
Peyğəmbərlik anlayışı |
Orijinal adı |
نبوّت |
Müəllif |
Mürtəza Mütəhhəri |
Tərcüməçi |
Ağabala Mehdiyev |
ISBN |
9789952834338 |
Dili |
Azərbaycan |
Səhifə sayı |
408 |
Kitabın formatı |
135x200 mm |
Çap tarixi |
2020 |
Nəşriyyat |
İrşad |
Mürtəza Mütəhhəri
Mürtəza Mütəhhəri 1919-cu il fevralın 2-də Xorasan mahalının Fəriman şəhərində alim və inanclı bir ailədə dünyaya gəlib.
Mütəhhəri uşaqlıq dövrünü məktəbdə ibtidai təhsil almaqla və Quran öyrənməklə keçirib.
O, 1931-ci ildə Məşhəd şəhərinin mədrəsələrində şəriət dərslərini öyrənməyə başlayır.
1937-ci ildə dərslərini davam etdirmək üçün Qum şəhərinə gedir. Orda 15 il qalır və dövrünün ən məşhur filosoflarından olan azərbaycanlı alim Məhəmmədhüseyn Təbatəbai kimi görkəmli şəxsiyyətlərdən dərs alaraq İslam elmləri və digər sahələrdə yüksək dərəcələrə çatır. O cümlədən İslam fəlsəfəsi, fiqh və üsul, sosiologiya, psixologiya, tarix, təfsir, İslam sxolastikası və başqa sahələr üzrə böyük nailiyyətlər əldə edir.
1952-ci ildə Tehrana köçən alim elə o zamandan elmi tədqiqat işlərinə başlayır. Həmin dövrdə müəllimi Məhəmmədhüseyn Təbatəbainin qələmə aldığı “Fəlsəfə prinsipləri və realizm metodu” kitabına giriş yazır və 5 cilddə şərh edir. O bu işi 1953-cü ildə sona çatdırır.
1955-ci ildən başlayaraq “Tələbə İslam Cəmiyyəti”ndə yeni və fərqli yanaşmalarla Quran təfsiri dərsləri deyir və eyni ildə Tehran universitetinin “İlahiyyat Elmləri və İslam Maarifi İnstitutu”nda müəllimlik fəaliyyətinə başlayır və burada təlim-tədris işini iyirmi il (1976-cı ilə kimi) davam etdirir.
Tehran ziyalıları və gəncləri ilə mütəmadi ünsiyyətdə olan Mütəhhəri Tehranda olduğu müddətdə müxtəlif konfranslarda, tədbirlərdə çıxış edərək İslam dininə qarşı yönəlmiş iradlara, şübhələrə cavab verir, məsələlərə yeni baxış gətirir. Beləliklə, get-gedə Mütəhhəri ziyalı kütlənin sevimlisinə çevrilir, müxtəlif konfranslara dəvətlər alır, artıq çıxışları Tehranla məhdudlaşmır; digər şəhərlərdə də müxtəlif tədbirlərdə iştirak edir.
1959-cu ildə Mütəhhəri “Həkimlərin İslam Cəmiyyəti”nə spiker kimi dəvət olunur və orada o günə kimi müzakirə olunmayan “İslam və zamanın ehtiyacları”, “Teizm” mövzusu kimi bir çox elmi əhəmiyyətli çıxışlar edir.
1967-ci ildə o dövrün elmi müzakirə ocağı sayılan İrşad İslam Mədəniyyət Mərkəzi təsis edilərkən Mütəhhəri oranın əsas üzvlərindən biri olur. İrşadda Mütəhhəri ilə yanaşı, Dok. Əli Şəriəti kimi dövrün digər ziyalıları da çıxış etməyə başlayır.
Bir neçə il sonra İrşad İslam Mədəniyyət Mərkəzindən ayrılsa da, fəaliyyətini, çıxışlarını müxtəlif yerlərdə davam etdirir. Elmi-ictimai fəaliyyəti ilə yanaşı, dövrün aktual problemlərini ələ alan əsərlər üzərində də işləyir.
Daim cəmiyyətdəki nöqsanların islahı fikrində olan yorulmaz alim 1979-cu ilin may ayının 2-də sui-qəsd nəticəsində başından aldığı güllə yarası ilə şəhid edildi.
İlk rəy yazan siz olun