İlahi ədalət

0.0
(0)

Nə üçün dünyada ayrı-seçkilik və fərqlər mövcuddur? Nə üçün biri ağ, di­gə­ri isə qaradır? Nə üçün biri gözəl, digəri isə çirkindir? Nə üçün biri sağlam, di­gə­ri isə şikəstdir? Hətta nə üçün biri insan, digəri isə qoyun və ya soxulcan, biri bitki, digəri isə qeyri-üzvi maddədir? Nə üçün biri şeytan, o biri isə mə­lək­dir? Nə üçün hamı bir deyil? Nə üçün hamı ağ və ya qara deyil? Nə üçün hamı gözəl və ya çirkin deyil? Nə üçün nəsnələr var olur, sonra isə yox olurlar? Nə üçün ölüm var?
Mürtəza Mütəhhəri “İlahi ədalət” kitabında fəlsəfənin və teologiyanın ən ağır mövzularından hesab olunan “ədalət” və “şər” mövzusunu araşdırır. Müəllif yu­xarıdakı suallara əqli, həm də yeri gəldikcə şərq dünyasının arif şairlərinin şeir­lərindən istifadə edərək poetik-irfani cavablar axtarır.
Həm mövzunun əhəmiyyəti cəhətindən, həm də müəllifin qələm məhsulu ol­ması baxımından “İlahi ədalət” böyük mütəfəkkirin ölməz əsərlərindən hesab olunur.

Ardını oxu
Kitabın adı İlahi ədalət
Orijinal adı عدل الهی
Müəllif Mürtəza Mütəhhəri
Tərcüməçi Ağabala Mehdiyev
ISBN 9789952525953
Dili Azərbaycan
Səhifə sayı 408
Kitabın formatı 135x200 mm
Çap tarixi 2021
Nəşriyyat İrşad
Pineapple
Mürtəza Mütəhhəri

Mürtəza Mütəhhəri 1919-cu il fevralın 2-də Xorasan ma­halının Fəriman şəhərində alim və inanclı bir ailədə dünya­ya gəlib.
Mütəhhəri uşaqlıq dövrünü məktəbdə ibtidai təhsil al­maqla və Quran öyrənməklə keçirib. 
O, 1931-ci ildə Məşhəd şəhərinin mədrəsələrində şəriət dərslərini öyrənməyə başlayır. 
1937-ci ildə dərslərini davam etdirmək üçün Qum şəhə­rinə gedir. Orda 15 il qalır və dövrünün ən məşhur filosofla­rından olan azərbaycanlı alim Məhəmmədhüseyn Təbatəbai kimi görkəmli şəxsiyyətlərdən dərs alaraq İslam elmləri və digər sahələrdə yüksək dərəcələrə çatır. O cümlədən İslam fəlsəfəsi, fiqh və üsul, sosiologiya, psixologiya, tarix, təfsir, İslam sxolastikası və başqa sahələr üzrə böyük nailiyyət­lər əldə edir. 
1952-ci ildə Tehrana köçən alim elə o zamandan elmi tədqiqat işlərinə başlayır. Həmin dövrdə müəllimi Məhəm­mədhüseyn Təbatəbainin qələmə aldığı “Fəlsəfə prinsipləri və realizm metodu” kitabına giriş yazır və 5 cilddə şərh edir. O bu işi 1953-cü ildə sona çatdırır.
1955-ci ildən başlayaraq “Tələbə İslam Cəmiyyəti”ndə yeni və fərqli yanaşmalarla Quran təfsiri dərsləri deyir və ey­ni ildə Tehran universitetinin “İlahiyyat Elmləri və İslam Maa­rifi İnstitutu”nda müəllimlik fəaliyyətinə başlayır və burada təlim-tədris işini iyirmi il (1976-cı ilə kimi) davam etdirir. 
Tehran ziyalıları və gəncləri ilə mütəmadi ünsiyyətdə olan Mütəhhəri Tehranda olduğu müddətdə müxtəlif kon­franslarda, tədbirlərdə çıxış edərək İslam dininə qarşı yönəl­miş iradlara, şübhələrə cavab verir, məsələlərə yeni baxış gətirir. Beləliklə, get-gedə Mütəhhəri ziyalı kütlənin sevimlisinə çevrilir, müxtəlif konfranslara dəvətlər alır, artıq çıxışları Tehranla məhdudlaşmır; digər şəhərlərdə də müxtəlif tədbirlərdə iştirak edir.
1959-cu ildə Mütəhhəri “Həkimlərin İslam Cəmiyyəti”nə spiker kimi dəvət olunur və orada o günə kimi müzakirə olunmayan “İslam və zamanın ehtiyacları”, “Teizm” mövzusu kimi bir çox elmi əhəmiyyətli çıxışlar edir.
1967-ci ildə o dövrün elmi müzakirə ocağı sayılan İrşad İslam Mədəniyyət Mərkəzi təsis edilərkən Mütəhhəri oranın əsas üzvlərindən biri olur. İrşadda Mütəhhəri ilə yanaşı, Dok. Əli Şəriəti kimi dövrün digər ziyalıları da çıxış etməyə başlayır.
Bir neçə il sonra İrşad İslam Mədəniyyət Mərkəzindən ayrılsa da, fəaliyyətini, çıxışlarını müxtəlif yerlərdə davam etdirir. Elmi-ictimai fəaliyyəti ilə yanaşı, dövrün aktual prob­lemlərini ələ alan əsərlər üzərində də işləyir.
Daim cəmiyyətdəki nöqsanların islahı fikrində olan yo­rulmaz alim 1979-cu ilin may ayının 2-də sui-qəsd nəticə­sində başından aldığı güllə yarası ilə şəhid edildi.

İlk rəy yazan siz olun

Oxucu candır

WhatsApp Icon
WhatsApp Icon
'