Qarşısıalınmaz
Nik Vuyiçiç – Dünyaca məşhur şəxsi inkişaf və motivasiya ustası, bestseller kitablar müəllifi. Fiziki məhdudiyyətlə doğulmağına baxmayaraq, iki ali təhsil alıb, qolf oynayır, dənizdə üzür, sörfinqlə məşğul olur, kompüterdə yazır, bir sözlə, dolğun həyat yaşamağı bacarır. Kitabları və çıxışları sayəsində milyonlarla insanın ümid mənbəyi olmuşdur. Xoşbəxt ailəsi var, dörd uşaq atasıdır.
SƏNƏ NƏ MANE OLUR? QARŞISIALINMAZ OLMAĞA HAZIRSANMI?
“Qarşısıalınmaz” kitabında Nik gündəlik həyatda tez-tez qarşılaşdığımız aşağıdakı problem və çətinliklərdən danışır:
• Şəxsi böhran
• Qarşılıqlı münasibət məsələləri
• Peşə və işlə bağlı çətinliklər
• Sağlamlıq və fiziki qüsurlarla bağlı narahatlıqlar
• İnsanlara necə əl tutmalı və yardım etməli
• Bədənimizdə, ağlımızda, ürəyimizdə və ruhumuzda tarazlığa nail olmaq
Bu kitabda Nik öz təcrübə və müşahidələrini paylaşaraq bir insanın necə inanılmaz dərəcədə gözəl həyat qurub qarşısıalınmaz bir şəxsə çevrilə biləcəyini izah edir.
İlk rəy yazan siz olun