İnsanyönümlü şəhərlər
Bizim evimiz mənzilin qapısında və ya həyətin darvazasında bitmir. Şəhərlər, küçələr və yaşadığımız mühit gündəlik həyatımızın ayrılmaz hissəsidir və onların quruluşu bizə, əhvalımızın yaxşı olub-olmamasına birbaşa təsir edir. Yan Geyl şəhərlərə insanın psixologiyası, hissləri, davranışı və ehtiyacları prizmasından baxmağa dəvət edir. Kitabda bu sahədə aparılan araşdırmalar və müxtəlif ölkələrin təcrübəsi əsasında insanyönümlü şəhərlərin, əslində, necə olması aydın və müqayisəli şəkildə göstərilir.
Bu kitab dərslik deyil, şəhərlərə baxış tərzimizi dəyişən bir çağırışdır. Onu oxuduqdan sonra tanış küçələrə fərqli rakursdan baxacaq, əvvəllər adi görünən detalların şəhər həyatında necə mühüm rol oynadığını hiss edəcəksiniz. Əgər bu kitab sizi şəhər mühitini daha dərindən anlamağa, suallar verməyə və dəyişikliklərin bir hissəsi olmağa təşviq edirsə, demək, ona ayırdığınız vaxta dəyər.
Anar Əliyev
urbanist, bloger




-uz.jpg)
 - uz.jpg)


İlk rəy yazan siz olun