Həkk olunmuş zaman
“Tarkovski – nəhəng sənətkardır, o, həyatın güzgü, yuxu kimi təqdim olunduğu yeni, orqanik kino dilinin yaradıcısıdır”.
İnqmar Berqman
A. Tarkovski XX əsr dünya kinosunda cığır açan, sənətə poetik baxışı ilə orijinal bir kino anlayışı yaradan rejissorlardandır.
Tarkovski 16 il ərzində müəyyən fasilələrlə yazdığı “Həkk olunmuş zaman” kitabında sənətə, kinoya, ədəbiyyata və bütün bunların fonunda həyata dair düşüncələrini dilə gətirir. Ona görə, kino zaman içində cərəyan edən hadisənin əbədi olaraq lentə həkk olunmasıdır, onun fiksasiya edilməsidir. Sənətkar kinonu bir çəkiliş üsulu hesab etmirdi, onun üçün kino həyatın yenidən yaradılması, yaxud bərpa olunması idi.
“Sənət – bir metadildir və insanlar onun köməyi ilə öz aralarında əlaqə qurmağa çalışırlar: özləri barədə bilgiləri bölüşür, başqasının qazandığı təcrübəni mənimsəyirlər. Amma yenə də bundan praktik mənfəət güdmür, bunu praqmatizmə zidd olan və özünü fəda etməyə əsaslanan sevgi ideyası xatirinə edirlər”.
İlk rəy yazan siz olun