Dini anlama məntiqi

0.0
(0)

“Qarşınızdakı kitab müasir gəncliyin nümayəndəsi olan bir din xadiminin ənənəvi dini anlayışlara yeni baxışını əks etdirir. Təbii ki, din mövzusu hər zaman həssas olduğu üçün bir çoxları buradakı fikirlərə əks arqumentlər gətirə bilərlər. Elə fikrin inkişafı da məhz belə diskussiyalardan keçir. Ümid edirik ki, Elbrus bəyin bu əsəri din mütəxəssisləri arasında belə diskussiyaları canlandıracaq, ye­ni və tutarlı fikirlərin ortaya çıxmasına səbəb olacaq”.
Hacı Şahin Həsənli

“Dini anlama məntiqi” kitabı müəllifin qələmə aldığı ilk kitab­dır. Kitabda dinə yanaşmada mühafizəkar və yenilikçi baxışlar arasındakı ziddiyyətli məqamlar, məşhur alimlərin mülahizələri, müəllifin öz görüşü təqdim edilib. Elbrus Kərimov problematik mövzulara mümkün qədər aydınlıq gətirmək məqsədilə kitab bo­yu araşdırmaçı rolunda çıxış etməyə çalışıb və bu zaman əqli və nəqli dəlillərə əsaslanıb. 

Ardını oxu
Kitabın adı Dini anlama məntiqi
Müəllif Elbrus Kərimov
ISBN 9789952547320
Dili Azərbaycan
Səhifə sayı 112
Kitabın formatı 120x190 mm
Çap tarixi 2022
Nəşriyyat İrşad
Pineapple
Elbrus Kərimov

Elbrus Kərimov 5 noyabr 1992-ci ildə Ağcabədi rayonunun Qaradolaq kəndində anadan olub. Azərbaycan dili ilə yanaşı, ərəb və rus dillərini də bilir. Hazırda Darul-Hikmət Elm və Tədris mərkəzində müəllim və elmi işçidir.
Mədrəsə təhsilini bitirdikdən sonra İİR Əl-Mustafa Universitetində distant təhsil almağa başlayıb.
Darul Hikmət Elm və Tədris Mərkəzində rus və azərbaycan bölməsində Ərəb dili, Fars dili, Şəriət və Üsul dərslərini tədris edir.
"Dini anlama məntiqi" adlı kitabın müəllifidir.
Ailəlidir, bir qız, bir oğul atasıdır.

İlk rəy yazan siz olun

Oxucu candır

WhatsApp Icon
WhatsApp Icon
'