Uçan sinif

0.0
(0)

“Baş-başa verməyincə daş yerindən qalxmaz” deyiblər. “Uçan sinif” romanı beş dost arasındakı gözəl və səmimi dostluqdan bəhs edir. Uşaqlar Yeni il bayramına tamaşa hazırlayırlar. Amma tamaşada iştirak edən dostlardan birini on birincilər qaçırırlar. Və onlar qərara gəlirlər ki, dostlarını on birincilərin əlindən xilas etsinlər. Görəsən, bunu bacaracaqlarmı?
Alman uşaq ədəbiyyatının klassiki sayılan Erix Kestner bu romanda uşaqların mənəvi dünyasını çox real cizgilərlə təsvir edir. Əsər boyu dostların dəcəllikləri və şıltaqlıqları insanın dodağını qaçırdır, romana incə yumor hissi qatır. Qəhrəmanların xarakterinin müxtəlifliyi – bəzisinin tənbəl və acgöz, bəzisinin savadlı və utancaq, bəzisinin qorxaq, bəzisinin də çoxbilmiş olması əsərə ayrıca şirin bir dad verir. Amma onlar bu müxtəlifliyə baxmayaraq, bütün çətin məqamlarda bir-birilərinə dayaq olurlar və bu fədakarlıq insanı təsirləndirir.
Erix Kestner 1960-cı ildə uşaq ədəbiyyatının Nobeli sayılan Andersen mükafatına layiq görülüb.

Ardını oxu
Kitabın adı Uçan sinif
Orijinal adı Das fliegende Klassenzimmer
Müəllif Erix Kestner
Tərcüməçi Cəmilə İsmayılzadə
ISBN 9789952580099
Dili Azərbaycan
Səhifə sayı 224
Kitabın formatı 120x190 mm
Çap tarixi 2024
Nəşriyyat Simurq
Pineapple
Erix Kestner

Erix Kestner 23 fevral 1899-cu ildə Almaniyanın Drezden şəhərində anadan olub. 1919-cu ildə Leypsiq Universitetində alman dili, tarix, fəlsəfə və teatr tarixi üzrə təhsil alıb. 1928-ci ildə ona dünya şöhrəti gətirən “Beldəki ürək” şeirlər toplusu işıq üzü görüb. Bir il sonra isə onun bu gün uşaq ədəbiyyatının klassiki sayılan “Emil və detektivlər” adlı ilk uşaq kitabı nəşr olunub.
Erix Kestner yazdığı uşaq kitablarına görə nüfuzlu Hans Kristian Andersen və Luis Kerol mükafatlarına layiq görülüb. Yazıçı 1974-cü ildə vəfat edib.

İlk rəy yazan siz olun

Oxucu candır

WhatsApp Icon
WhatsApp Icon
'