Riçard Bax

Richard David Bach

/

Riçard Bax 1936-cı il iyunun 23-də İllinoys ştatının Ok-Park şəhərciyində anadan olub. Kaliforniya ştatının Lonq-Biç Universitetində təhsil alıb. Riçard peşəkar pilotdur. Yüksək ixtisaslı təyyarəçi kimi ABŞ Hərbi Hava Qüvvələrində xidmət edib. Uzun müddət “Flayinq” jurnalında məsləhətçi redaktor olub.
İlk kitabı, “Yer üzündəki yad adam” 1963-cü ildə çap olu­­nub. Daha sonra “İllüziyalar”, “Son müharibə”, “Hip­noz” kimi əsərlər yazıb. Ümumilikdə 27 əsərin mü­əl­lifidir.
Riçard Baxın ən məşhur kitabı “Qağayı Conatan Livinq­ston”dur. Kitab 1970-ci ildə nəşr olunub və dünyada bö­yük maraqla qarşılanıb.

Riçard Bax

Kitabları

WhatsApp Icon
WhatsApp Icon
'