Balaca Qara Balıq

0.0
(0)

Balaca Qara Balığın bir xəyalı vardı...
O, yaşadığı balaca arxda ora-bura üz­mək­dən bez­­mişdi, başqa dünyalarla, baş­qa var­lıq­­larla tanış olmaq istəyirdi. Və bir gün qərara gəldi ki, mütləq xəyalının ar­xa­sınca getməlidir. Onu çıxdığı bu yolda qor­xutsalar da, yolundan döndərməyə ça­­­lış­salar da, Balaca Qara Balıq öz ar­zu­sun­dan əl çəkmir.
Təbrizli yazıçı Səməd Behrənginin misilsiz hekayəsi dünyanın ən çox oxunan uşaq kitablarından biridir. “Balaca Qara Balıq” 1974-cü ildə Hans Kristian Andersen mü­ka­fatına layiq görülüb.
Bu dəyərli əsər ilk dəfə olaraq orijinaldan tərcümədə və ixtisarsız şəkildə oxuculara təqdim olunur.

Ardını oxu
Kitabın adı Balaca Qara Balıq
Orijinal adı ماهی سیاه کوچولو
Müəllif Səməd Behrəngi
Tərcüməçi Ariz Tarverdiyev
ISBN 9789952547757
Dili Azərbaycan
Səhifə sayı 80
Kitabın formatı 155x230 mm
Çap tarixi 2023
Nəşriyyat Simurq
Pineapple
Səməd Behrəngi

Səməd Behrəngi 1939-cu il iyunun 24-də Təbriz şəhərində anadan olub. İlk təhsilini elə orada alan Behrəngi məktəbi bitirdikdən sonra kənd-kənd gəzərək müxtəlif bölgələrdə ib­ti­dai sinif müəllimi kimi çalışıb. 1958-ci ildə Təbriz Univer­sitetinin Filologiya fakültəsinin ingilis dili bölməsinə qəbul olub. 
Behrəngi uşaqlar üçün hekayələr yazmaqla yanaşı, Azərbay­can nağıllarını toplayıb, onları fars dilinə çevirib. Dövrünün Əhməd Şamlu, Füruğ Fərruxzad kimi məşhur şairlərinin şe­ir­­lərini isə Azərbaycan dilinə çevirib.
Ona dünya şöhrəti gətirən əsəri – “Balaca Qara Balıq” 1968-ci ildə çap olunub. Kitab 1974-cü ildə illüstrasiyalarına gö­rə Hans Xristian Andersen mükafatına layiq görülüb. Beh­rən­gi­nin əsərləri italyan, fransız, ingilis, türk dillərinə tər­cümə olu­nub. 
Yazıçı 1967-ci il avqustun 31-də Cənubi Azərbaycanın Xu­marlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəm­ma­­lı şəkildə boğularaq ölüb.

İlk rəy yazan siz olun

Oxucu candır

Oxşar Kitablar

WhatsApp Icon
WhatsApp Icon
'