Səməd Behrəngi

صمد بهرنگی

/

Səməd Behrəngi 1939-cu il iyunun 24-də Təbriz şəhərində anadan olub. İlk təhsilini elə orada alan Behrəngi məktəbi bitirdikdən sonra kənd-kənd gəzərək müxtəlif bölgələrdə ib­ti­dai sinif müəllimi kimi çalışıb. 1958-ci ildə Təbriz Univer­sitetinin Filologiya fakültəsinin ingilis dili bölməsinə qəbul olub. 
Behrəngi uşaqlar üçün hekayələr yazmaqla yanaşı, Azərbay­can nağıllarını toplayıb, onları fars dilinə çevirib. Dövrünün Əhməd Şamlu, Füruğ Fərruxzad kimi məşhur şairlərinin şe­ir­­lərini isə Azərbaycan dilinə çevirib.
Ona dünya şöhrəti gətirən əsəri – “Balaca Qara Balıq” 1968-ci ildə çap olunub. Kitab 1974-cü ildə illüstrasiyalarına gö­rə Hans Xristian Andersen mükafatına layiq görülüb. Beh­rən­gi­nin əsərləri italyan, fransız, ingilis, türk dillərinə tər­cümə olu­nub. 
Yazıçı 1967-ci il avqustun 31-də Cənubi Azərbaycanın Xu­marlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəm­ma­­lı şəkildə boğularaq ölüb.

Səməd Behrəngi

Kitabları

WhatsApp Icon
WhatsApp Icon
'