İvan Turgenev

Иван Сергеевич Тургенев

/

İvan Turgenev 1818-ci il noyabrın 9-da Oryol şəhərində ana­dan olub. 1833-cü ildə Moskva Universitetinə qəbul olur. 1838-1841-ci illərdə təhsilini Berlində davam etdirir. Orada bir çox tədqiqatçı, filosof və ədəbiyyatçıyla tanış olur. Ona məşhurluq qazandıran ilk kitab 25 he­ka­yədən ibarət olan “Ovçunun xatirələri” əsəri olur. 1862-ci ildə dünya ədə­biy­yatının incilərindən olan “Atalar və oğullar” romanını ya­zır.
Rusiyada üzləşdiyi bir sıra haqsızlıqlara görə yazıçı Fran­sa­ya köçür. Parisdə yaşadığı illərdə Qustav Flober, Emil Zolya, Henri Ceyms kimi dünya şöhrətli yazıçılarla dost­luq mü­nasibətləri qurur. 1879-cu ildə Oksfordun fəx­ri doktoru adına layiq görülür. Turgenev 1883-cü il­də Paris yaxınlığındakı bir qəsəbədə dünyasını dəyişir.

İvan Turgenev

Kitabları

WhatsApp Icon
WhatsApp Icon
'