Sergi ata
Daim birinciliyə can atan, hər şeyi mükəmməl yerinə yetirməyə çalışan, qürurlu Stepan Kasatski bir gün öyrənir ki, nişanlandığı qadın əvvəllər kiminsə məşuqəsi olub. Özü də kimin? İmperatorun – Kasatskinin şəxsiyyətinə heyran olduğu insanın. İnsan belə bir acınacaqlı vəziyyətdən, ümidsizlikdən Tanrıya yönələ bilərmi? Bəli, Kasatski, yəni Sergi ata bu vəziyyətdən Tanrıya pənah apararaq xilas olur. Ancaq qəhrəmanın sınaqları bununla bitmir, əksinə, daha da ağırlaşır.
Sergi ata rahib olandan sonra zina, şöhrətpərəstlik kimi ağır günahlarla üz-üzə qalır. Ruhunda gərgin mübarizə gedir, özünü danlayır, barmağını kəsir, heç kimlə görüşmür, durmadan Tanrı ilə münacat edir. Bu hekayə insanın ruhi təkamülünü, Tanrının insanda necə təzahür etdiyini göstərən kiçikhəcmli şedevrdir.
“Sergi ata” hekayəsini Tolstoy 10 ilə yazıb. Demək olar, hər cümləsində, hər abzasında yazıçının necə dəqiq işlədiyini, insanın psixoloji dünyasını necə heyrətamiz şəkildə təsvir etdiyini müşahidə etmək olur.
İlk rəy yazan siz olun