- 0
-
-
Ümumi = 0.00 ₼
- Səbətə bax Sifariş et
-
Лев Николаевич Толстой
Lev Tolstoy 1828-ci il sentyabrın 9-da Rusiyanın Tula quberniyasının Yasnaya Polyana malikanəsində anadan olub. Uşaq yaşlarında öncə anasını, daha sonra atasını itirib. 1844-cü ildə Kazan Universitetinə daxil olaraq Şərq dilləri üzrə təhsil almağa başlayıb, lakin ikinci kursda təhsilini yarımçıq qoyaraq doğma kəndinə qayıdıb. 1863-69-cu illərdə ilk irihəcmli romanını – “Hərb və sülh”ü yazıb. 1873-77-ci illərdə isə bir qadının faciəvi taleyindən bəhs edən “Anna Karenina” romanı üzərində çalışıb. Sonuncu böyük romanı “Dirilmə” isə 1899-cu ildə çap olunub. Tolstoy “İvan İliçin ölümü” əsərini 1886-cı ildə qələmə alıb. Böyük yazıçının sonuncu romanı “Hacı Murad” isə 1912-ci ildə, ölümündən sonra çap olunub. Lev Tolstoy 1910-cu il noyabrın 20-də “Astapova” stansiyasında pnevmaniyadan dünyasını dəyişib.