Corc Oruell

George Orwell

/

Corc Oruell 1903-cü il iyunun 25-də Hindistanın Motihari şəhərində anadan olub. İbtidai təhsilini Müqəddəs Kiprian mək­təbində alıb. 1922-27-ci illərdə Birmada (indiki Myan­ma) imperiya polisi kimi fəaliyyət göstərib. Daha sonra İngiltərəyə qayıdıb və yaradıcılığa da bundan sonra başlayıb. 1936-cı ildə ailə həyatı qurub və yoldaşı ilə birlikdə İs­pa­niyaya gedərək vətəndaş müharibəsinə qatılıb. Orada ya­şa­dı­ğı ağrı-acıları “Kataloniyaya məhəbbətlə” romanında ifadə edib.

İlk romanı “Paris və Londonda pulsuz-parasız” 1933-cü il­də nəşr olunub. Yaradıcılığının sonrakı dövrlərində “Birma gün­ləri”, “Keşişin qızı”, “Boğuluram” romanlarını yazıb. 1949-cu ildə antiutopiya janrının bənzərsiz nümunələrindən sayılan “1984” romanı çap olunub. İngiltərəli ya­zı­çının əsər­ləri dünyanın 60-dan çox dilinə çevrilib.

Yazıçı 1950-ci il yanvarın 21-də Londonda vəfat edib.

Corc Oruell

Kitabları

WhatsApp Icon
WhatsApp Icon
'