Timsah

0.0
(0)

1865-ci ildə çap olunan “Timsah” hekayəsi o dövrün ədəbi çevrələri ilə yanaşı, siyasi dairələrində də böyük müzakirələ­rə səbəb olur. Bəziləri hekayənin qəhrəmanı İvan Matveiçin N. Çernışevskinin parodiyası olduğunu düşünür. Amma Dos­to­yevski bu yozumları qəbul etmir, hekayəni “gülüş üçün ya­­­zıl­­­mış ədəbi oyun” hesab edir. Yazıçı inkar etsə də, “Timsah” Dos­­to­yevskinin ən siyasi mətnlərindən biridir. Hekayə əsasən me­ta­­fo­run zənginliyi, universal süjet xətti, siyasi və iqtisadi möv­zulara ironik yanaşması ilə səciyyələnir. 
“Timsah” qeyri-adi mövzusu ilə bərabər – liberal bir məmur qəfil timsahın qarnına düşür – üslub baxımından da diqqət çəkir. Dostoyevskisevərlər bu dəfə onun qələminin tamam başqa bir çaları ilə tanış olacaqlar; adət etdiyimiz dərin psixoloji təhlillər, uzun və qəliz cümlələr bu hekayədə gözə dəyməsə də, oxucu hər fraqmentdə bir kinayə, hər epizodda bir sətiraltı məna ilə qarşılaşacaq.

Ardını oxu
Kitabın adı Timsah
Orijinal adı Крокодил. Необыкновенное событие, или Пассаж в Пассаже
Müəllif Fyodor Dostoyevski
Tərcüməçi Etimad Başkeçid
ISBN 9789952547726
Dili Azərbaycan
Səhifə sayı 80
Kitabın formatı 115x180 mm
Çap tarixi 2023
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Fyodor Dostoyevski

Fyodor Dostoyevski 1821-ci il noyabrın 11-də Moskvada anadan olub. Dostoyevski uşaq yaşlarından Puşkin, Qöte və Servantesin əsərləri ilə tanış olub. 1846-cı ildə ilk romanını – “Yoxsul insanlar”ı yazıb. Bu roman haqqında dövrün məş­hur tənqidçisi Belinski müsbət fikirlər səsləndirib. Amma növbəti romanları ədəbi ictimaiyyət tərəfindən bir o qədər də bəyənilməyib. 1849-cu ildə hakimiyyət əleyhinə fəaliyyət göstərdiyinə görə Sibirə sürgün olunub.  Yazıçıya dünya şöhrəti gətirən əsəri – “Cinayət və cəza” 1866-cı ildə çap olunub. Bunun ardınca “İdiot” (1869) və “Şey­tanlar” (1872) romanlarını yazıb. Böyük yazıçı sonuncu romanı “Karamazov qardaşları”nı 1880-ci ildə tamamlayıb. Dostoyevski, demək olar, bütün həyatı boyu ruhi böhran­dan çıxa bilməyib, daim borclu olduğu insanlar tərəfindən sı­xışdırılıb. Dünya ədəbiyyatının böyük klassiki 1881-ci il fevralın 9-da vəfat edib.

İlk rəy yazan siz olun

Oxucu candır

WhatsApp Icon
WhatsApp Icon
'