İnsanı yaşadan nədir

5.0
(1)

Necə oldu ki, L. Tolstoy “Hərb və sülh”, “Anna Karenina” kimi böyük əsərlərdən sonra mənəvi-fəlsəfi səpkidə hekayələr yazmağa başladı? Bu, dahi yazıçının katarsisi idimi? Xeyr, Tolstoy öz katarsisini 50 yaşında yaşamışdı. İnsan tövbə eləyəndən sonra bir sıra suallar onu çənginə alır: “həyatımın mənası nədir?”, “mən nə üçün varam?”. Yazıçı “Etiraf” adlı avtobioqrafik əsərində bu suallarla “əlləşir”. Digər tərəfdən, Tolstoy öz qınına çəkilmir, xoşbəxt cəmiyyətin, insanlar arasında səmimi, TƏMƏNNASIZ münasibətin əsasını təşkil edən ünsürü tapmağa çalışır: “İndi başa düşürəm ki, Tanrı insanların ayrı-ayrılıqda yaşamağını istəmir. Ona görə də onlara ayrıca nəyin vacib olduğunun sirrini açmır və istəyir ki, insanlar birgə yaşasınlar. İnsanlar ancaq sağ qalmaqdan ötrü əbəs yerə gündəlik qayğılarla məşğul olmağın vacibliyini düşünürlər. Əslində isə, sırf sevgiyə görə sağdırlar. Kimin canında sevgi varsa, Tanrı onun qəlbindədir. Çünki Tanrı – elə sevgi deməkdir”.

Ardını oxu
Kitabın adı İnsanı yaşadan nədir
Orijinal adı Чем люди живы
Müəllif Lev Tolstoy
Tərcüməçi Zahid Sarıtorpaq
ISBN 9789952547870
Dili Azərbaycan
Səhifə sayı 200
Kitabın formatı 125x200 mm
Çap tarixi 2023
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Lev Tolstoy

Lev Tolstoy 1828-ci il sentyabrın 9-da Rusiyanın Tula qu­­berniyasının Yasnaya Polyana malikanəsində anadan olub. Uşaq yaşlarında öncə anasını, daha sonra atasını iti­­­rib. 1844-cü ildə Kazan Universitetinə daxil olaraq Şərq dil­ləri üzrə təhsil almağa başlayıb, lakin ikinci kurs­da təh­si­lini ya­rımçıq qoyaraq doğma kəndinə qayıdıb. 1863-69-cu illərdə ilk irihəcmli romanını – “Hərb və sül­h”ü yazıb. 1873-77-ci illərdə isə bir qadının faciəvi taleyindən bəhs edən “Anna Karenina” romanı üzərində çalışıb. So­­nun­­­cu böyük romanı “Dirilmə” isə 1899-cu ildə çap olu­­­nub. Tolstoy “İvan İliçin ölümü” əsərini 1886-cı ildə qə­­­lə­mə alıb. Böyük yazıçının sonuncu romanı “Hacı Mu­­rad” isə 1912-ci ildə, ölümündən sonra çap olunub. Lev Tolstoy 1910-cu il noyabrın 20-də “Astapova” stan­si­yasında pnevmaniyadan dünyasını dəyişib.

1 Rəy

    İsmayıl Süleymanlı says:

    Məncə, bu kitabı hər kəs oxumalıdır. Çünki onda bəhs olunan mövzular həyatidir, ibrətamizdir. Həmişəki kimi Tolstoy ibrətamizliyi ilə qarşılaşırıq. Təşəkkürlər, Parlaq İmzalar.

Oxucu candır

MÜƏLLİFİN DİGƏR KİTABLARI

Oxşar Kitablar

WhatsApp Icon
WhatsApp Icon
'