Saxta kupon

0.0
(0)

“Saxta kupon” kiçik bir günahın kəpənək effekti ilə necə böyük fəlakətlərə, hətta ölümə gətirib çıxardığını göstərən di­dak­tik bir hekayədir. Dahi yazıçı “aləmdə hər şey bir-birinə təsir gös­tərir” ideyasını bu qısa, amma olduqca məzmunlu, dolğun he­ka­yəsində qurduğu mükəmməl kompozisiya vasitəsilə bədii cə­hətdən nümayiş etdirir. Bizim bu gün gördüyü­müz pis və ya yax­şı bir əməl özümüzdən savayı, həm də ətrafımızdakı insanların – hətta onları tanımasaq belə – həyatına bir­başa təsir edir, onların gələcəyini müəyyənləşdirir. Yazıçı bu ra­kurs­dan yanaşaraq ictimai məsuliyyət hissinin əhəmiyyətini bir daha xatırladır.
Hekayədə həmçinin XIX əsrin sonlarında Rusiyada ruhanilərin mənəvi cəhətdən aşınmaları, dini təşkilatların riyakarlığı xüsusi olaraq vurğulanır. Ömrünün sonlarında daha çox “insan necə kamilləşə bilər?”, “pak və əqidəli bir insan necə olmalıdır?” kimi mövzular ətrafında düşünən böyük yazıçının bu hekayəsi həmin əzəli suallara verilən cavablardan biridir.

Ardını oxu
Kitabın adı Saxta kupon
Orijinal adı Фальшивый купон
Müəllif Lev Tolstoy
Tərcüməçi Zahid Sarıtorpaq
ISBN 9789952547481
Dili Azərbaycan
Səhifə sayı 112
Kitabın formatı 115x180 mm
Çap tarixi 2022
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Lev Tolstoy

Lev Tolstoy 1828-ci il sentyabrın 9-da Rusiyanın Tula qu­­berniyasının Yasnaya Polyana malikanəsində anadan olub. Uşaq yaşlarında öncə anasını, daha sonra atasını iti­­­rib. 1844-cü ildə Kazan Universitetinə daxil olaraq Şərq dil­ləri üzrə təhsil almağa başlayıb, lakin ikinci kurs­da təh­si­lini ya­rımçıq qoyaraq doğma kəndinə qayıdıb. 1863-69-cu illərdə ilk irihəcmli romanını – “Hərb və sül­h”ü yazıb. 1873-77-ci illərdə isə bir qadının faciəvi taleyindən bəhs edən “Anna Karenina” romanı üzərində çalışıb. So­­nun­­­cu böyük romanı “Dirilmə” isə 1899-cu ildə çap olu­­­nub. Tolstoy “İvan İliçin ölümü” əsərini 1886-cı ildə qə­­­lə­mə alıb. Böyük yazıçının sonuncu romanı “Hacı Mu­­rad” isə 1912-ci ildə, ölümündən sonra çap olunub. Lev Tolstoy 1910-cu il noyabrın 20-də “Astapova” stan­si­yasında pnevmaniyadan dünyasını dəyişib.

İlk rəy yazan siz olun

Oxucu candır

MÜƏLLİFİN DİGƏR KİTABLARI

Oxşar Kitablar

WhatsApp Icon
WhatsApp Icon
'