- 0
-
-
Ümumi = 0.00 ₼
- Səbətə bax Sifariş et
-
Stefan Zweig
Ştefan Svayq 1881-ci il noyabrın 28-də Vyanada anadan olub. 1901-ci ildə şeirlərinin toplandığı “Gümüş simlər” kitabı dərc olunub. Yaradıcılığının ilk illərində Bodlerdən, Pol Verlendən, Emil Verxarndan tərcümələr edib. Avropanın müxtəlif ölkələri ilə yanaşı, Hindistana, ABŞ-a, Kubaya səfərlər edib. 1934-cü ildə Zaltsburqdakı evində aparılan qanunsuz yoxlamadan əsəbiləşən yazıçı vətənini tərk edib. Svayq, demək olar, bütün yaradıcılığı boyu müharibə əleyhdarı, pasifizm tərəfdarı olub. Buna görə də Avropanı çənginə alan müharibələrin törətdiyi faciələrə mənəvi cəhətdən tab gətirə bilməyən yazıçı 1942-ci il fevralın 22-də öz yoldaşı ilə birlikdə Braziliyada intihar edib.
Svayq dünya ədəbiyyatında daha çox novellaları və tarixi-bioqrafik oçerkləri ilə məşhurdur: “Şahmat”, “Amok”, “Məcburiyyət”, “Rotterdamlı Erazmın zəfər təntənəsi və faciəsi”, “Maria Stüart” və s.