Saqqallı uşaq

0.0
(0)

Hekayələrində satiradan, ironiyadan peşəkarlıqla istifadə edən Cəlil Məmmədquluzadə xalqının problemlərini, dövrün çatışmazlıqlarını və xurafatı məhz bu yolla düzəltməyə çalışırdı. Onun hekayələri təkcə ədəbi mətn deyil, həmçinin o zamanın ruhunu, insanların düşüncə və həyat tərzini əks etdirən rənga­rəng, böyük bir tablodur.
Əsərlərində gülüşlə kədəri, kinayə ilə həqiqəti birləşdirən ya­zı­çı, əsasən, sadə insanların ağrı-acılarını, laqeyd yanaşılan məişət qayğılarını məharətlə dilə gətirir, orijinal milli personajlarını ədəbi yaddaşımıza hopdurur.
Heç vaxt aktuallığını itirməyən Cəlil Məmmədquluzadə yaradıcılığı ilə fərqli, yeni formatda tanış olmaq üçün “Saqqallı uşaq” hekayə toplusu çox yaxşı bir imkandır. Kitabdakı hər bir hekayə mövzusu və bədii dəyəri ilə görkəmli yazıçımızı yenidən sizlərə sevdirəcək.

Ardını oxu
Kitabın adı Saqqallı uşaq
Müəllif Cəlil Məmmədquluzadə
ISBN 9789952580655
Dili Azərbaycan
Səhifə sayı 84
Kitabın formatı 115x180 mm
Çap tarixi 2025
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Cəlil Məmmədquluzadə

Cəlil Məmmədquluzadə 1869-cu ildə Naxçıvanda anadan olub. İlk təhsilini mədrəsədə alan Cəlil 1882-ci ildə Qori Müəllimlər Seminariyasına daxil olur. Bu seminariya ona yalnız müəllimlik sənəti deyil, həm də zəngin ədəbi dünyagörüşü bəxş edir. 1887-ci ildə oranı bitirən yazıçı bir müddət Azərbaycanda müəllim kimi çalışır.

Ədəbi fəaliyyətinə XIX əsrin sonlarında başlayan Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında tənqidi realizmin və ictimai satiranın banilərindən biri kimi tanınır. 1889-cu ildə ilk əsəri olan “Çay dəsgahı” alleqorik dramını yazır. Onun 1906-cı ildə Tiflisdə nəşr etdirməyə başladığı “Molla Nəsrəddin” jurnalı təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində azadfikirli düşüncənin tribunasına çevrilir. Jurnal vasitəsilə o, cəhaləti, geriliyi, fanatizmi, riyakarlığı və sosial ədalətsizliyi kəskin satira dili ilə ifşa edirdi. Yazıçının “Poçt qutusu”, “Ölülər”, “Usta Zeynal”, “Anamın kitabı” kimi əsərləri dövrün ruhunu dolğun əks etdirən nadir ədəbi nümunələrdir.

Cəlil Məmmədquluzadə 1932-ci ildə Bakıda vəfat edir. Böyük maarifçi və güclü satirikin əsərləri həmişə öz aktuallığını qoruyub saxlayacaq.

İlk rəy yazan siz olun

Oxucu candır

WhatsApp Icon
WhatsApp Icon
'