- 0
-
-
Ümumi = 0.00 ₼
- Səbətə bax Sifariş et
-
Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə
Cəlil Məmmədquluzadə 1869-cu ildə Naxçıvanda anadan olub. İlk təhsilini mədrəsədə alan Cəlil 1882-ci ildə Qori Müəllimlər Seminariyasına daxil olur. Bu seminariya ona yalnız müəllimlik sənəti deyil, həm də zəngin ədəbi dünyagörüşü bəxş edir. 1887-ci ildə oranı bitirən yazıçı bir müddət Azərbaycanda müəllim kimi çalışır.
Ədəbi fəaliyyətinə XIX əsrin sonlarında başlayan Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında tənqidi realizmin və ictimai satiranın banilərindən biri kimi tanınır. 1889-cu ildə ilk əsəri olan “Çay dəsgahı” alleqorik dramını yazır. Onun 1906-cı ildə Tiflisdə nəşr etdirməyə başladığı “Molla Nəsrəddin” jurnalı təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində azadfikirli düşüncənin tribunasına çevrilir. Jurnal vasitəsilə o, cəhaləti, geriliyi, fanatizmi, riyakarlığı və sosial ədalətsizliyi kəskin satira dili ilə ifşa edirdi. Yazıçının “Poçt qutusu”, “Ölülər”, “Usta Zeynal”, “Anamın kitabı” kimi əsərləri dövrün ruhunu dolğun əks etdirən nadir ədəbi nümunələrdir.
Cəlil Məmmədquluzadə 1932-ci ildə Bakıda vəfat edir. Böyük maarifçi və güclü satirikin əsərləri həmişə öz aktuallığını qoruyub saxlayacaq.