Anam üçün

0.0
(0)

Binyamin yaşadığı ucqar bir kəndi tərk edərək həqiqət axtarışına çıxır. Anasının qəfil ölümündən sonra məlum axtarış Binyamini böyük, qaynar bir şəhərə – Bakıya gətirib çıxarır. Ancaq Binyamini bu meqapolisdə enişli-yoxuşlu bir “səfər” gözləyir. Bu səfərdə o, şübhələrlə, xəyanətlə, gözlənilməz hadisələrlə qarşılaşır, ən əsası isə, qəlbində ilk dəfə sevgi toxumları cücərir. Ancaq, görəsən, bu sevgi onu xoşbəxt edəcəkmi..?
“Sən mənim əlçatmazımsan, Nəstərən, başa düşürsən məni? Sən mənim əlçatmazımsan! Yaxşı, tutaq ki, səni əldə etdim, sonra nə olacaq, səndən o yana nə var? Boşluq?! Olmazmı sən elə mənim xoş arzum olaraq qalasan? Olmazmı sənin mənim həyatıma qatdığın məna hicran olsun, həsrət olsun? Axı niyə bunu mənə çox görürsən?!” – Binyamin bunları da deyə bilərdi, lakin demədi, deyə bilmədi.

Ardını oxu
Kitabın adı Anam üçün
Müəllif İlqar Kamil
ISBN 9789952547719
Dili Azərbaycan
Səhifə sayı 196
Kitabın formatı 120x190 mm
Çap tarixi 2023
Nəşriyyat Parlaq İmzalar
Pineapple
İlqar Kamil

İlqar Kamil 7 iyul 1981-ci ildə Masallı rayonunun Viləş kəndində anadan olub. Müəllif 2001-2008-ci illərdə Beynəlxalq İlahiyyat İnstitutunda ali təhsil alaraq magistr dərəcəsinə yiyələnib. 
2008-ci ildən başlayaraq 15 il Rusiyada yaşayan İlqar Kamil həmçinin Moskva Psixo-Sosiologiya Universitetində (MPSU) ikinci ali təhsilini alıb.
Yazıçı-psixoloq bir neçə kitabın müəllifi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Amerika Psixologiya Assosiasiyasının (APA) üzvüdür.
Hazırda Bakıda yaşayan İlqar Kamil “Qapı” psixologiya mərkəzinin rəhbəridir. Onun fəaliyyəti psixologiya, insanın daxili dünyası, şəxsiyyətin inkişafı və ailə münasibətləri kimi istiqamətləri əhatə edir.
Ailəlidir, 3 övladı var.

İlk rəy yazan siz olun

Oxucu candır

WhatsApp Icon
WhatsApp Icon
'