Kostyumlu övliya

0.0
(0)

Hacı Şahin Hǝsǝnlinin bir görünǝn tǝrǝfi var idi: tǝdbirlǝrdǝ çıxış edir, şǝhid ailǝlǝri ilǝ görüşür, verilişlǝr­dǝ suallara cavab verirdi. Bir dǝ görünmǝyǝn tǝrǝfi: ürǝyindǝ daşıdığı dǝrdlǝr, bölüşǝ bilmǝdiyi sirlǝr, sǝhv anlaşılan davranışlarının altında yatan ali niyyǝtlǝr. 
İlqar Kamil Hacı Şahinin mǝhz görünmǝyǝn tǝrǝflǝ­rin­dǝn yazıb, onları üzǝ çıxarıb. Müǝllifin geniş dün­ya­gö­rüşü, Hacının müsbǝt xüsusiyyǝtlǝrini müxtǝlif sa­­hǝ­lǝr­lǝ – psixologiya, incǝsǝnǝt, sosiologiya ilǝ ǝla­qǝ­­lǝn­dirmǝsi sayǝsindǝ Hacının möhtǝşǝm portreti ya­ra­nıb.
Kitabda Hacının ǝn yaxın dostlarının unu­dul­maz xatirǝlǝri dǝ yer alıb.

Ardını oxu
Kitabın adı Kostyumlu övliya
Müəllif İlqar Kamil
ISBN 9789952547986
Dili Azərbaycan
Səhifə sayı 296
Kitabın formatı 135x200 mm
Çap tarixi 2023
Nəşriyyat İrşad
Pineapple
İlqar Kamil

İlqar Kamil 7 iyul 1981-ci ildə Masallı rayonunun Viləş kəndində anadan olub. Müəllif 2001-2008-ci illərdə Beynəlxalq İlahiyyat İnstitutunda ali təhsil alaraq magistr dərəcəsinə yiyələnib. 
2008-ci ildən başlayaraq 15 il Rusiyada yaşayan İlqar Kamil həmçinin Moskva Psixo-Sosiologiya Universitetində (MPSU) ikinci ali təhsilini alıb.
Yazıçı-psixoloq bir neçə kitabın müəllifi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Amerika Psixologiya Assosiasiyasının (APA) üzvüdür.
Hazırda Bakıda yaşayan İlqar Kamil “Qapı” psixologiya mərkəzinin rəhbəridir. Onun fəaliyyəti psixologiya, insanın daxili dünyası, şəxsiyyətin inkişafı və ailə münasibətləri kimi istiqamətləri əhatə edir.
Ailəlidir, 3 övladı var.

İlk rəy yazan siz olun

Oxucu candır

WhatsApp Icon
WhatsApp Icon
'