Polad necə bərkidi

0.0
(0)

“Poladı kabinet generalı yox, səngər generalı kimi yetişdirmişdim”.
Səmayə Həşimova (Polad Həşimovun anası)
“Müasir dövrümüzün fədakarlıq simvoluna çevrilmiş Polad Həşimovun hə­ya­tını belə incələmək, onu tanıdıqca daha çox sevmək, sevdikcə ona bənzəmək – budur xalqı müzəffər və qüdrətli edən”.
Hacı Şahin Həsənli
Necə oldu ki, şəhidlik xəbərindən dərhal sonra onun səs-sədası Vətənin dörd bir guşəsindən eşidilməyə başladı? On minlərlə insan küçəyə çıxdı, sinələri onun sevgisi ilə aşıb-daşdı, hər yeri onun şəkilləri bəzədi. 
Bax sevginin bu cür “idarəolunmazlığı”, bir an içində alışmağı var. General Polad Həşimov da Azərbaycan xalqının qəlbində belə bir sevgi atəşi yandırdı.
İnsana Vətəni sevməyi öyrədin, qalan hər şeyi o özü öyrənəcək. Bu kitabda Vətənə sevginin Poladın öz xalqına, torpağına göstərdiyi xidmətdə, insanlarla rəftarında necə əks olunduğunu görəcəksiniz.
Vətən sağ olsun!

Ardını oxu
Kitabın adı Polad necə bərkidi
Müəllif İlqar Kamil
ISBN 9789952525878
Dili Azərbaycan
Səhifə sayı 216
Kitabın formatı 120x190 mm
Çap tarixi 2021
Nəşriyyat İrşad
Pineapple
İlqar Kamil

İlqar Kamil 7 iyul 1981-ci ildə Masallı rayonunun Viləş kəndində anadan olub. Müəllif 2001-2008-ci illərdə Beynəlxalq İlahiyyat İnstitutunda ali təhsil alaraq magistr dərəcəsinə yiyələnib. 
2008-ci ildən başlayaraq 15 il Rusiyada yaşayan İlqar Kamil həmçinin Moskva Psixo-Sosiologiya Universitetində (MPSU) ikinci ali təhsilini alıb.
Yazıçı-psixoloq bir neçə kitabın müəllifi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Amerika Psixologiya Assosiasiyasının (APA) üzvüdür.
Hazırda Bakıda yaşayan İlqar Kamil “Qapı” psixologiya mərkəzinin rəhbəridir. Onun fəaliyyəti psixologiya, insanın daxili dünyası, şəxsiyyətin inkişafı və ailə münasibətləri kimi istiqamətləri əhatə edir.
Ailəlidir, 3 övladı var.

İlk rəy yazan siz olun

Oxucu candır

WhatsApp Icon
WhatsApp Icon
'