Oralar parti
Uşaq vaxtı o qədər kitab oxuyurdum ki, valideynlərim gözlərimin zəifləyəcəyindən narahat olub vaxt məhdudiyyəti qoyurdular hətta, mən də yorğan altında gizlənib xəlvəti oxuyurdum.
Balaca fənərim var idi, hərdən satqınlıq edib işığı ifşa edirdi məni. “Kitab” sözü, “yazıçı” sözü həmişə müqəddəs anlayışlar olub mənim üçün. Ona görə indi əlinizdə tutduğunuz qısa hekayələr toplusunu kitab adlandıra bilmirəm, illah da ki, özümü yazıçı.
Bu sadəcə başıma gələn və qələmə aldığım yumoristik hadisələrdir, oxuyun, üzünüz gülsün. Kiminsə xoşuna gələcək, kiminsə gəlməyəcək, bu, normaldır, amma hətta bir neçə oxucunun dodaqlarına təbəssüm qonarsa, mən özümü xoşbəxt hiss edərəm.
İlk rəy yazan siz olun