Kitabın adı |
İnsanlara təsir etməyin 9 yolu |
Müəllif |
Rəşad Bayramov |
ISBN |
9789952547665 |
Dili |
Azərbaycan |
Səhifə sayı |
208 |
Kitabın formatı |
120x190 mm |
Çap tarixi |
2023 |
Nəşriyyat |
Mono |
Rəşad Bayramov
Rəşad Bayramov beynəlxalq biznes-təlimçi və kouçdur. Azərbaycan, Türkiyə, Amerika Birləşmiş Ştatları, Bolqarıstan, Qazaxıstan, Gürcüstan, Qətər, İordaniya, Hindistan, Vyetnam və Şri-Lankada effektiv ünsiyyət üzrə çoxsaylı təlim və fərdi kouçinq məşğələləri aparmışdır. Azərbaycanda natiqlik mövzusunda ilk kitab olan “Sözünə güvən: auditoriyanı fəth etməyin 10 yolu” (2016) kitabının müəllifidir.
İyirmi ildən artıq davam edən karyerası ərzində Rəşad Bayramov mətbuat katibi, biznes-jurnalist, baş redaktor, xarici əlaqələr şöbəsinin müdiri və transformasiya məsələləri üzrə regional rəhbər kimi fəaliyyət göstərib. O, dünyanın ən nəhəng enerji korporasiyalarından biri olan BP-də işləyərkən yeni əməkdaşlardan tutmuş, dövlət rəhbərlərinədək fərqli auditoriyalar qarşısında şirkəti uğurla təmsil edib.
Hazırda Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri vəzifəsində çalışır.
ABŞ-ın Roçester Texnologiya İnstitutunda kommunikasiya və marketinq üzrə, Azərbaycan Dillər Universitetində isə filologiya üzrə magistr dərəcəsi almışdır.
Müasir dövrdə qlobal səviyyədə ictimai fikrin gücünün xüsusilə önə çıxdığını nəzərə alsaq, kommunikasiyanın düzgün və səmərəli qurulmasının nə dərəcədə əhəmiyyətli olduğunu görmüş olarıq.
Bu xüsusda beynəlxalq səviyyəli biznes-təlimçi Rəşad Bayramovun həm Azərbaycanda, həm də ölkə xaricində bir sıra dövlət müəssisələri, iri şirkət və nüfuzlu universitetlərdə təqdim etdiyi natiqlik sənəti və təsirli ünsiyyət mövzusunda təlimləri və fərdi məşğələləri insanların şəxsi inkişafı baxımından olduqca səmərəlidir.
Onun “Sözün düzü: insanlara təsir etməyin 9 yolu” kitabını da müasir çağırışlara cavab verən, gənclərin yenilikçi mühitdə yetişməsinə, təhsil və yeni təcrübələr qazanmasına töhfə verən daha bir uğurlu layihə kimi qiymətləndirmək olar.
Sözügedən kitab oxuculara özlərinə kənardan baxmaq, güclü və zəif tərəflərini müəyyənləşdirmək, eləcə də çatışmazlıqlar haqqında düşünmək və onların üzərində işləmək imkanı verir.
Əminəm ki, kitab oxucular tərəfindən seviləcək, ən əsası ölkəmizdə kommunikasiya sahəsinin inkişafına öz töhfəsini verəcəkdir.
Hikmət Hacıyev
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
İlk rəy yazan siz olun