- 0
-
-
Ümumi = 0.00 ₼
- Səbətə bax Sifariş et
-
Rəşad Bayramov
Rəşad Bayramov beynəlxalq biznes-təlimçi və kouçdur. Azərbaycan, Türkiyə, Amerika Birləşmiş Ştatları, Bolqarıstan, Qazaxıstan, Gürcüstan, Qətər, İordaniya, Hindistan, Vyetnam və Şri-Lankada effektiv ünsiyyət üzrə çoxsaylı təlim və fərdi kouçinq məşğələləri aparmışdır. Azərbaycanda natiqlik mövzusunda ilk kitab olan “Sözünə güvən: auditoriyanı fəth etməyin 10 yolu” (2016) kitabının müəllifidir.
İyirmi ildən artıq davam edən karyerası ərzində Rəşad Bayramov mətbuat katibi, biznes-jurnalist, baş redaktor, xarici əlaqələr şöbəsinin müdiri və transformasiya məsələləri üzrə regional rəhbər kimi fəaliyyət göstərib. O, dünyanın ən nəhəng enerji korporasiyalarından biri olan BP-də işləyərkən yeni əməkdaşlardan tutmuş, dövlət rəhbərlərinədək fərqli auditoriyalar qarşısında şirkəti uğurla təmsil edib.
Hazırda Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri vəzifəsində çalışır.
ABŞ-ın Roçester Texnologiya İnstitutunda kommunikasiya və marketinq üzrə, Azərbaycan Dillər Universitetində isə filologiya üzrə magistr dərəcəsi almışdır.