Leysanlara düşdüm

0.0
(0)

Haqq yoldan azıb nabələd ünvanlara düşdüm,
Məcnuna dönüb, çöllü-biyabanlara düşdüm.

Zənnimcə, cəhənnəm odu etməz mənə təsir,
Ondan da betər atəşi-hicranlara düşdüm.

İslanmışa çox gəlmə hədə-qorxu yağışla,
Məndən xəbər al, gör necə leysanlara düşdüm.

Əvvəl ata sülbi, ana bətni və bu dünya,
Hər dəfə cəza çəkməyə zindanlara düşdüm.

Bir parça çörəkdən ötəri buğda misalı,
Əzdi fələyin çərxi, dəyirmanlara düşdüm.

Mən surətinin fikrinə daldıqca, ay üzlüm,
Hər tazə ayın əvvəli nöqsanlara düşdüm.

Aydın əlinə aldı qələm ta bu ümidlə,
Bəlkə, sözə xatir dilə, dastanlara düşdüm. 

Ardını oxu
Kitabın adı Leysanlara düşdüm
Müəllif Aydın Xırdalanlı
ISBN 9789952525793
Dili Azərbaycan
Səhifə sayı 80
Kitabın formatı 120x190 mm
Çap tarixi 2020
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Aydın Xırdalanlı

Aydın Hacı oğlu Quliyev 1977-ci il iyulun 31-də Abşeron rayonunun Xırdalan qəsəbəsində dünyaya gəlib. Xırdalan kənd məscidinin yanında yaşayırdı. Xırdalanda 1 saylı orta məktəbdə oxuyub. Uşaqlıqda bəstəboy və arıq bir uşaq idi. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Bədii yaradıcılıq fakültəsinin kütləvi tamaşalar rejissorluğu ixtisasında oxuyub. Qrup rəhbəri aktrisa Amaliya Pənahova olub.
Tələbəlik illərində namaz qılırdı. Azər Sani kimi din və qəzəl bilicisindən dərs alıb. Məhz şəxsi istedadı və ustaddan aldığı dərs sayəsində dini ehkamları və qəzəliyyatı yaxşı bilirdi. Dini məsələləri də kifayət qədər səlis ifadə etməyi, dini mövzuları ustalıqla nəzmə çəkməyi vardı. Xırdalanda Cümə məscidinə azan verib.
1995-ci ildən meyxana deməyə başlayıb. Doğulduğu Xırdalan şəhərinin adını təxəllüs seçərək, meyxana sənətində bu soyadla məşhurlaşıb. Aydın Xırdalanlı 2001-ci ildə ANS telekanalının təşkil etdiyi "De, gəlsin" yarışmasının qalibi olub.
Sənətkar həyatının son dövründə depressiyada olmuşdur. 2018-ci ildə özəl xəstəxanaların birinə aparılan Aydın Xırdalanlıda müayinə zamanı qaraciyər sirrozu aşkarlanıb.
Qaraciyər sirrozundan əziyyət çəkən sənətkar, 2019-cu il martın 23-də Xırdalan şəhərində Şah İsmayıl Xətai ilə bağlı sənədli filminə baxaraq vəfat edib. Nəşi Xırdalanda yerləşən Cümə məscidinə gətirildikdən sonra izdihamla Xırdalan qəbiristanlığına dəfn olunub.

İlk rəy yazan siz olun

Oxucu candır

Oxşar Kitablar

book
1984

Corc Oruell

–20%
9.52 ₼ 11.90 ₼
book
Ayın qızları

Coxa əl-Harsi

–20%
9.60 ₼ 12.00 ₼
book
Timsah

Fyodor Dostoyevski

–20%
3.92 ₼ 4.90 ₼
WhatsApp Icon
WhatsApp Icon
'