İblis
Azərbaycanın nəhəng filosof-şairi Hüseyn Cavid “İblis” əsərində əzəli bir mövzunu – Adəm övladı ilə İblisin mübarizəsini mükəmməl poetik qüdrətlə qələmə almışdır. Bu əsərdə insanın həmişəki kimi öz nəfsinə, ehtirasına yenilməsini, İblisin xəbis təbiətini böyük dramaturq bütün çılpaqlığı ilə nümayiş etdirir; Arifin çarəsizlik iniltisi, İblisin vahiməli qəhqəhəsi qulağımızdan getmir, ruhumuzu, mənliyimizi dərindən sarsıdır.
“İblis” Hüseyn Cavidin istibdada və bəşəri rəzalətlərə qarşı üsyanıdır, həcmcə kiçik olsa da, bəşəriyyətin qaranlıq tərəflərini, cəhaləti dolğun şəkildə əks etdirmək baxımından ölməz əsərdir. Dünyada baş verən müharibələri, zülmləri, qətlləri gördükcə istər-istəməz ürəyimizdə bu misraları deyəcəyik:
İblis nədir?
– Cümlə xəyanətlərə bais...
Ya hər kəsə xain olan insan nədir?
– İblis!..
İlk rəy yazan siz olun