Hüseyn Cavid

Hüseyn Abdulla oğlu Rasizadə

/

Hüseyn Cavid 1882-ci ildə Naxçıvanda anadan olub. İlk ibtidai təhsilini evdə atasından alan, sonra isə 1891-1896-cı illərdə mollaxanada davam etdirən Hüseyn Cavid 1896-1898-ci illərdə görkəmli maarifpərvər ziyalı M. Sid­qinin “Tərbiyə” məktəbində oxumuş, daha sonra isə regio­nun pedaqoji mərkəzlərindən sayılan Təbrizin “Tali­biy­yə” mədrəsəsinin müdavimi olmuşdur.

Cavid klassik şərq poeziyasından və Avropa romantiz­min­­dən ilham alaraq milli romantik dramaturgiyanın əsa­­sını qoymuşdur. Onun “Şeyx Sənan” (1914), “İblis” (1918), “Peyğəmbər” (1922), “Topal Teymur” (1925), “Sə­ya­­vuş” (1933) kimi əsərlərində azadlıq, bəşəriyyətin ta­leyi, zül­mə qarşı üsyan və mənəvi təmizlənmə ideyaları ön planda­dır. Böyük şair-dramaturq yaradıcılığında mil­­liliklə ümumbəşəriliyi vəhdətdə təqdim etməyə çalış­­mış­dır.

1937-ci ildə Stalin repressiyaları zamanı Cavidə qarşı “mil­lətçi” ittihamı irəli sürülmüş və 1938-ci ildə Sibirin İrkutsk vilayətinə sürgün olunmuşdur. Uzun illərin mə­nə­vi-psixoloji təzyiqlərindən sonra səhhəti pozulmuş və 1941-ci il dekabrın 5-də İrkutsk vilayətinin Tayşet ra­­yonunda vəfat etmişdir. Nəşi 1996-cı ildə böyük ehti­ram­la Bakıya gətirilmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.

Hüseyn Cavid

Kitabları

WhatsApp Icon
WhatsApp Icon
'