Gözlənilməz qonaq
“Ey duaları eşidǝn! Ey günahları bağışlayan, ey ruhlara can, canlara yurd verǝn, yerdǝ vǝ göylǝrdǝ heç bir şey Sǝndǝn gizli qalmaz. Bizǝ hǝr çǝtinlikdǝn sonra asanlıq ver, itirdiklǝrimizin ǝvǝzini min-min qaytar! Amin...”
Gecǝ qǝfil başlayan güclü leysan Qunduz Makunun yuvasını darmadağın edir. Panda Ayo dostuna ürǝk-dirǝk verir, onu öz evinǝ aparır. İki dost yuvadan, ayrılıqdan, qǝfil yaranan çǝtin vǝziyyǝtdǝn danışırlar. Ayo dost sevgisi ilǝ Makunun yarasına mǝlhǝm olmağa çalışır, ona öz doğması kimi qulluq edir.
Ancaq Ayonun dost sınağı bununla bitmir. Bir gün gecǝ qapısı döyülür. Gǝlǝn ǝn yaxın dostlarından biridir. Özü ilǝ bǝrabǝr ağır bir sirr dǝ gǝtirib. Ayo çǝtin bir yolayrıcında qalır. Görǝsǝn, ona ǝmanǝt edilmiş hǝqiqǝt ilǝ necǝ davranacaq? Dostlar arasındakı bu çıxılmaz vǝziyyǝti hǝm vicdanı sızlatmadan, hǝm dǝ dosta xǝyanǝt etmǝdǝn hǝll etmǝk mümkün olacaqmı?
İlk rəy yazan siz olun