Tuflinlər
Kiçik böcəklərin böyük mübarizəsi
Bu əsəri uşaqlarmı, yoxsa böyüklərmi daha çox sevir? Qərar vermək çətindir; kitab uşaqları öyrədəcək, böyüklərə isə yön verəcək mesajlarla zəngindir.
Əsər Larpin diyarında yaşayan balaca tuflinlərdən bəhs edir; əzilərək yerin və qorxunun altında yaşayan tuflinlərdən. Düşmənləri bolclar onlara gün verib işıq vermir.
Susal və Oşan xilas yolunu başçı Norodan fərqli olaraq qaçmaqda, daha dərin qazıb “yerin dibi”ndə yaşamaqda görmür, düşməni məhv etmək üçün yollar axtarır, “üzə” çıxırlar. Düşmən axtarışı zamanı onlar daha əvvəl görmədiyi – müəllif tərəfindən heç də təsadüfi seçilməyən – heyvanlarla qarşılaşırlar. Məhz bu zaman həm əsərin qəhrəmanları, həm də oxucular əsl həyat dərsləri öyrənməyə başlayırlar; müəllif heyvanları çox məharətlə “danışdırır”, bir çox sosial-psixoloji və önəmli mövzulara toxunur.
İlk rəy yazan siz olun