6.27 qatarındakı qiraətçi
“Müasir nağıl – fikrimcə, romanın ən yaxşı təqdimatı budur. Bütün detallar bir yerdədir: ağatlı oğlan, kafelli hücrəsində yaşayan şahzadə və vahiməli bir bədheybət. Roman belə də başlaya bilərdi: biri var idi, biri yox idi...”
Jan-Pol Didyeloran
“Zerstor 500” kağızların təkrar emalı sexində “işləyən” yırtıcı qətl maşınıdır. O, məzmununa fikir vermədən kitabları amansızlıqla üyüdür. Onu kitablarla “yemləyən” 36 yaşlı Gilen Vinyoldur. Gilen gördüyü işdən ağır vicdan əzabı çəkir. Bu əzabdan az da olsa qurtulmaq üçün, səhər-səhər 6:27 qatarı ilə işə gedərkən “Zerstor 500”ün “ağzından” xilas etdiyi kağız parçalarını ucadan sərnişinlərə oxuyur. Bir gün təsadüfən qatardan tapdığı fləş-kart onun boz həyatına canlılıq qatır və macəra da buradan başlayır...
İstedadlı fransız yazıçısı Didyeloran duzlu, amma bir o qədər də hüznlü personajlardan, novellasayağı süjet xəttindən, insanın dodağına xəfif gülüş qonduran əhvalatlardan bizə dadlı şuket hazırlayıb.
İlk rəy yazan siz olun