- 0
-
-
Ümumi = 0.00 ₼
- Səbətə bax Sifariş et
-
Jean-Paul Didierlaurent
Jan-Pol Didyeloran 1962-ci il martın 2-də Fransanın şərqində yerləşən Vogezlər departamentində anadan olub. Nensi şəhərində reklam üzrə təhsil alandan sonra bir müddət Parisdə yaşamış, daha sonra yenidən doğma kəndinə qayıtmışdır.
Didyeloran ilk romanına qədər daha çox hekayə ustası kimi tanınıb. İki dəfə nüfuzlu Beynəlxalq Heminquey mükafatına layiq görülüb. Bu mükafatı 2010-cu ildə “Duman”, 2012-ci ildə isə “Mosquito” hekayəsinə görə alıb. İlk romanını – “6.27 qatarındakı qiraətçi”ni 2014-cü ildə yazıb. Roman gözlənilməz bir uğura imza atıb, çap olunduğu il Fransada ədəbi hadisəyə çevrilib və “Mişel Turne” mükafatına layiq görülüb. Yazıçı bundan başqa daha iki roman yazıb.