- 0
-
-
Ümumi = 0.00 ₼
- Səbətə bax Sifariş et
-
أفضل الدين إبراهيم بن علي الشرواني
Xaqani Şirvani (əsl adı İbrahim Əli oğlu) 1121-ci ildə Şamaxı şəhərində anadan olub. İlk təhsilini əmisi, dövrünün tanınmış alimi və həkimi Kafiəddin Ömərin yanında alıb. Əmisinin himayəsində o, fəlsəfə, astronomiya, riyaziyyat və tibb kimi müxtəlif elmləri dərindən mənimsəyib.
Gənc yaşlarından poetik istedadı ilə seçilən İbrahim əvvəlcə "Həqaiqi" ləqəbi ilə yazsa da, sonralar Şirvanşahlar sarayına dəvət edilib və burada "Xaqani" ləqəbini alıb. Şair yaradıcılığı boyunca saray mühitinin sıxıntılarından və azadlığının məhdudlaşdırılmasından şikayətlənib. Bu səbəbdən o, bir neçə dəfə səfərə çıxıb, Yaxın Şərqin böyük mədəniyyət mərkəzlərini ziyarət edib.
Xaqani şair olmaqla yanaşı, həm də dövrünün böyük filosofu və mütəfəkkiri idi. Onun yaradıcılığında ən mühüm yeri "Mədain xarabaları" qəsidəsi və poetik səfərnamə sayılan "Töhfətül-İraqeyn" məsnəvisi tutur. Şair həmçinin həbsdə olduğu vaxt yazdığı "Habsiyyə" şeirləri ilə ədəbiyyat tariximizdə bu janrın ən mükəmməl nümunələrini yaradıb.
Xaqani Şirvani 1199-cu ildə Təbriz şəhərində dünyasını dəyişib. Onun məzarı Təbrizin məşhur "Məqbərətüş-şüəra" (Şairlər məqbərəsi) qəbiristanlığında yerləşir.