Mustafa Məstur

مصطفی مستور

/

Mustafa Məstur 1964-cü ildə Əhvazda doğulub. Öncə tikinti mühəndisliyi üzrə oxusa da, sonralar mükəmməl filoloji təhsil alıb. İlk hekayələri 90-cı illərin əvvəllərində çap olunub. Məsturu İran, eləcə də dünya ədəbiyyatına tanıdan ilk irihəcmli əsəri "Tanrının ay üzündən öp" romanıdır. Bu əsər on beş il ərzində əlli dəfədən artıq, həm də yüksək tirajla çap olunub, bir çox dillərdə dəfələrlə nəşr edilib, müəllifinə nüfuzlu mükafatlar qazandırıb. "Cüzamlı əllər və donuz sümüyü" romanının da Məsturun yaradıcılıq bioqrafiyasında müstəsna yeri var. İndiyədək 30 dəfə təkrar nəşr edilmiş bu əsər də bir sıra dillərə tərcümə olunub.

Mustafa Məstur

Kitabları

WhatsApp Icon
WhatsApp Icon
'